SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları: “Türklərə qarşı irqçiliyə son qoyun” – VİDEO`

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları: “Türklərə qarşı irqçiliyə son qoyun” – VİDEO`

Gunaz.tv

GünAz TV: Bu gün Təbrizin Səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “İstiqlal” komandaları arasında keçirilən görüşdə 60 mindən çox “Traxtur” tərəfdarı iştirak edib.

 

Komanda tərəfdarları şəhərdə qurulan müxtəlif yoxlama məntəqələrindən keçerək hazırladıqları plakatlardan bir neçəsini stadiona keçirə biliblər.

 

Məlumata görə, Təhlükəsizlik qüvvələri Tikantəpə, Sulduz, Məlikan (Məlikkəndi), Ərdəbil, Ilıxçı və s. kimi şəhərlərdən Səhənd stadionuna gələn avtobusları yoxlama bəhanəsi ilə saxlayıb minlərlə soydaşımızı geri qaytarıblar.

 

Bütün təzyiqlərə baxmayaraq “Traxtur” tərəfdarları fars komandaları ilə görüşlərdə səsləndirilən şüarlara cavab olaraq “Ərəb körfəzi”, “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!”, “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” və s. kimi şüarlar səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=7&v=Z5b9uxbEAx4

 

 

Stadionda qaldırılan plakatların üzərində “İranda irqçilik dayandırılsın”, “Türklərə qarşı irqçiliyə son qoyun!” və s. kimi şüarlar yazılıb. Soydaşlarımız plakat vasitəsi ilə ana dildə təhsil tələbi də irəli sürüblər.

 

Görüşdə Şərqi Azərbaycan valisi Məcid Xudabəxş, Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim və Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan da tamaşaçı qismində iştirak edib. Onlar qaldırılan plakat və səsləndirilən şüarlara yaxından şahid olublar.

 

Komanda tərəfdarları “Azərbaycan var olsun – İstəməyən  kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarlarını da gur səslə dilə gətiriblər.

 

İran televiziyası isə şüar səsləndirən azərbaycanlı futbol tamaşaçılarının səsini dəfələrlə kəsib.

 

https://www.youtube.com/watch?time_continue=11&v=jd_C8s08PFU

 

Maraqlıdır ki, ötən həftə Tehranın Azadi stadionunda “Perspolis” tərəfdarları 90 dəqiqə Azərbaycan və “Traxtur” komandasının ünvanına təhqiramiz şüarlar səsləndirib onları “heyvan” adlandıran zaman, televiziya şüar verənlərin səsini kəsməmişdir. Bu hərəkət milyonlarla Azərbaycan türkü, o cümlədən bir çox rəsmi şəxslərin kəskin etirazına səbəb olmuşdur.

"Traxtur"-"İstiqlal" görüşü 0:0 bərabər hesabla sona çatıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar