SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarında antipatiya yaradan baş məşqçi maliyyə yardımlarını mənimsəməkdə şübhəli bilinib

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarında antipatiya yaradan baş məşqçi maliyyə yardımlarını mənimsəməkdə şübhəli bilinib

Gunaz.tv

GünAz TV: Keçmiş futbolçu, “Saypa” komandasının baş məşqçisi Əli Dayi zəlzələdən zərərçəkənlərə edilən maliyyə yardımını mənimsəməkdə şübhəli bilinərək prokurorluğa çağırılıb.

 

Ə.Dayinin Kirmanşahda baş verən zəlzələdə zərərçəkənlərə edilən yardımlarla əlaqədar maliyyə pozuntularına yol verdiyi bildirilir.

 

Keçmiş futbolçu bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

 

“Kirmanşahda zəlzələdən zərərçəkənlərə ev tikmək üçün 11 ay gecə-gündüz çalışmağın son nəticəsi prokurorluğa çağırılmaq oldu”- deyə o qeyd edib.

 

Göndərilən çağırış vərəqəsində ondan Tehranın Firdosi meydanında yerləşən prokurorluğun maliyyə pozuntuları üzrə şöbəsinə müraciət etməsi tələb olunub.

 

Kirmanşah zəlzələsində bir çox məşhur şəxs əhalinin hissiyatından sui-istifadə edərək yardım toplayıb və həmin vəsaiti mənimsəyiblər. Məşhur keçmiş futbolçunun adı həmin şəxlərin arasında çəkilir.

 

Ə.Dayi əslən ərdəbillidir. O Azərbaycanın “Traxtur” futbol komandası, onun tərəfdarları və ümumiyyətlə İranda Azərbaycan türk millətinin demokratik və milli hüquqlarının təmin olunmasına qarşı mövqe sərgiləyir. Azərbaycanlılar bir gün onun bu yanlışlıqdan əl çəkəcəyinə ümid edir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar