SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarından Astaranın Ərdəbilə birləşdirilməsinə dəstək - VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarından Astaranın Ərdəbilə birləşdirilməsinə dəstək - VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” fotbol komandasının tərəfdarları “Heyran gədiyi” ətrafında baş verən hadisələri qınayaraq Astaranın Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb ediblər.

 

Bu, şənbə günü “Traxtur”la “Sepahan”ın Təbrizin səhənd stadionunda keçirdiyi görüşdə baş verib.

 

1:1 bərabər hesabla yekunlaşan görüşdə “Traxtur” tərəfdarları dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən şüarlar səsləndiriblər. Onlar məşhur “Gəl bacı gəl qardaşım, bir olaq yumruq olaq, bölünməsin bu torpaq...” şüarını da gur səslə dilə gətiriblər.

 

https://www.youtube.com/watch?time_continue=34&v=t39JJnTTNdk

 

 

Son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdükləri tələblər azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Azərbaycana edilən ərazi iddisına qarşı etirazlar virtual aləmdə də genişlənməkdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar