SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarından Türkiyənin TV8 kanalının aparıcısına hədiyyə - VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarından Türkiyənin TV8 kanalının aparıcısına hədiyyə - VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları Türkiyənin məşhur TV8 kanalının aparıcısına xüsusi hədiyyə göndərib.

 

“Survivor” verilişinin aparıcısı Furkan Dede üzərində “Traxtur” bayrağı, loqosu və Kızıl Kurtlar sözünün dərc olunduğu  parçanı məmnuniyyətlə qəbul edərək ekranda nümayiş etdirib.

 

Furkan Dede “Traxtur”un 30 milyon türk tərəfdarı olduğunu, hətta bu baxımdan “Fənərbaxça” və “Qalatasaray” komandalarından irəlidə olduğunu diqqətə çatdırıb.

 

Məşhur aparıcının sözlərini aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=38&v=x-nIuWplEaw&feature=emb_logo

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar