SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarının irqçiləyə qarşı kampaniyasına dəstək verənlərdən 30 mindən çox koment...

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarının irqçiləyə qarşı kampaniyasına dəstək verənlərdən 30 mindən çox koment...

Gunaz.tv

GünAz TV: Bazar günü Tehranın Azadi stadionunda keçirilən “Traxtur”-“Perspolis” görüşündə baş verən hadisələrlə bağlı xəbərlər İran mətbuatı və irqçi mövqedə olan farsdillilər tərəfindən boykot edilmişdir.


Buna baxmayaraq “Traxtur” tərəfdarlarının irqçiliyə qarşı başlatdığı kampaniyaya dəstək verənlər FİFA və AFC İnstaqram səhifələrində 30 mindən çox koment yazıb.

 

Yanvarın 26-da keçirilən görüşdə “Perspolis”in irqçi tərəfdarları “Traxtur” komandası və mənsub olduğu Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyub. Onlar özlərinə layiq olduğu şüarlar səsləndirərək türkləri uzunqulağa bənzətmişdilər.

Buna etiraz olaraq “Traxtur” tərəfdarları çərşənbə günü, yanvarın 29-da Twitter-də “fifa_hear_our_voice#” Hashtagı ilə irqçiliyə qarşı kampaniyaya başlayıb.


Güney azərbaycanlı mədəni fəallardan olan Milad Balesini bu barədə ötən gün Facebook səhifəsində məlumat paylaşıb. O bildirib ki, bu günədək türk və ingilis dillərində yuxarıda qeyd olunan Hashtag-la 17 mindən çox twit yazılıb.

Bundan əlavə, kampaniyaya dəstək verənlər FİFA və AFC federasiyalarının İnstaqram səhifələrində bu saatlaradək irqçiliyə qarşı 30 mindən çox koment yazıblar.


Kampaniyaya qoşulanların 45 faizi İranda irqçiliyə məruz qalanlar olub. 23 faizi Türkiyə, 14 faizi Rusiya, 9 faizi Azərbaycan Respublikası, 5 faizi Almaniya, 5 faizi isə Amerika Birləşmiş Ştatlarından qatılıb.

 

 


İranda türklər kütləvi informasiya vasitələri, dərsliklər, stadionlar və s. kimi yerlərdə sistemli şəkildə təhqirə məruz qalır. Azərbaycanlılar internetdə kampaniya keçirməklə dünya ictimaiyyətinin irqçilik zəminində edilən təhqirlərə diqqətini çəkməyə çalışır.


N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar