SON XƏBƏRLƏR

“Traxtur”un 3 oyunçus İranın milli komandasına dəvət edilib

2021.10.20, 07:36
“Traxtur”un 3 oyunçus İranın milli komandasına dəvət edilib

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının 3 oyunçusu  İran milli komandasının təlim-məşq toplanışına çağırılıb.

 

Məsud Şucayi, Əşkan Dejaqe və Ehsan HacSəfi İran milli komandasının baş məşqçisi Karlos Keyruş tərəfindən komandaya dəvət olunub.

 

Ölkənin milli komandasına dəvət olunan oyunçuların siyahısında Karlos Keyruşun hər zaman bəyəndiyi bir çox oyunçunun adı yer almayıb.

 

Əlirza Cahanbəxş, Səid İzzətullahi, Murtaza Purəli Gənci və Pejman Müntəzeri komandaya dəvən olunmayan məşhur oyunçulardandılar.

 

Bu arada Güney Azərbaycan futboluna ağır itki üz verib. İllər öncə “Traxtur” komandasının kapitanı olmuş Hüseyn Həsən Doxt 51 yaşında dünyasını dəyişib. “Traxtur” üçün vurduğu qeyri-adi bir qolla məşhurlaşan azərbaycanlı futbolçu uzun illər müxtəlif komandalarda baş məşqçi kimi də fəaliyyət göstərib.

 

 

Noyabrın 10-da vəfat edən keçmiş futbolçu bir gün sonra Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb.

 

Hüseyn Həsən Doxt Təbrizdə naməlum səbəbdən iki gənclə mübahisə edib. Gənclərin biri tərəfindən itələnən keçmiş futbolçu başı üstə yerə dəyib və hadisə yerində keçinib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar