SON XƏBƏRLƏR

“Traxtur”un baş məşqçisi Con Toşak Təbrizi tərk etdi

2021.10.20, 07:36
“Traxtur”un baş məşqçisi Con Toşak Təbrizi tərk etdi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan  “Traxtur” futbol komandasının baş məşqçisi Con Toşak Təbrizi tərk edib.

 

“Traxtur” İran kubokunun 1/16 final mərhələsində “Sənət Neft”in qarşısında məğlub olduqdan sonra baş məşqçinin vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı yayılan xəbərlər reallaşmaq üzrədir, artıq C.Toşakın Təbrizi tərk etdiyi bildirilir.

 

Uelsli mütəxəssis sentyabrın 17-i yerli vaxtla saat 3:00-da Təbrizdən İstanbula uçub.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, C.Toşanla birlikdə onun köməkçisi olan oğlu və proqramlarının müdiri də Güney Azərbaycanı tərk edib.

 

Bu saata qədər “Traxtur” klubunun məsulları baş məşqçinin vəzifəsindən kənarlaşdırıldığı və ya hansı səbəbdən Təbrizi tərk etməsi ilə bağlı hər hansı açıqlama verməyib.

 

“Mehr” xəbər agentliyi bildirir ki, hələlik C.Toşakın vəzifəsindən uzaqlaşdırıldığı və ya klub məsulları ilə razılıq əsasında vəzifəsini buraxdığı barədə dəqiq məlumat yoxdur.

 

“Real Madrid” komandasının keçmiş baş məşqçisi “Traxtur”u çempion etmək məqsədi ilə komandaya gətirilmişdir, lakin 18-ci super liqa yarışlarından 6 həftə keçməsinə baxmayaraq “Traxtur” yalnız 9 xal (imtiyaz) qazana bilib.  

 

“Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi hazırda Rusiyada səfərdədir, onun çərşənbə axşamı günü Təbrizə dönəcəyi bildirilir. Kalub sahibi qayıtdıqdan sonra yəqin ki, baş məşqçi barədə son qərar veriləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar