SON XƏBƏRLƏR

“Traxtur”un baş məşqçisi Ərtoğrul Sağlamın komandada qalıb-qalmayacağı məlum deyil – Klub rəsmisi

2021.10.20, 07:36
“Traxtur”un baş məşqçisi Ərtoğrul Sağlamın komandada qalıb-qalmayacağı məlum deyil – Klub rəsmisi

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının yeni təyin olunmuş icraçı direktoru Abbas İlyasi klubdakı yeni təyinat və komandanın türkiyəli baş məqçisi Ərtoğrul Sağlamın gələcək fəaliyyəti ilə bağlı mətbuata açıqlama verib.

 

Abbas İlyasinin aprelin 17-də klubun icraçı direktoru postuna təyin edildiyi bildirilir.

 

O bu barədə “Nəsr” xəbər-təhlil agentliyinə verdiyi açıqlamada bildirib ki, “ötən gün klubun idarə heyəti iclas keçirdi. İclasda mənim klubun icraçı direktor kimi hələlik işə başlamağım haqda qərar qəbul olundu. Xahiş eliyirəm bu işdə dostlar mənə yardım etsinlər, ona görə ki, hamımızın məqsədi “Traxtur” komandasının uğur qazanmasıdır.”

 

 

Yeni icraçı direktor “Traxtur”un baş məşqçisi Ərtoğrul Sağlamın komandadakı gələcək fəaliyyəti ilə bağlı da məlumat verib. “Mən bu gün birinci dəfə olaraq Sağlamla telefonda söhbət etdim. Ona dedim ki, builki super liqanın sonuna iki həftə qalır, bu müddətdə var gücü ilə işinə davam etsin və deyilənlərə fikir verməsin. Lakin həqiqət bundan ibarətdir ki, hələlik Sağlamın komandada qalıb vəya qalmayacağı haqda heç bir qərar verilməyib, bu məsələni super liqa yarışları yekunlaşdıqdan sonra müzakirə edəcəyik”- deyə o diqqətə çatdırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar