SON XƏBƏRLƏR

“Traxtur”un Baş məşqçisi Qus Hiddink ola bilər

2021.10.20, 07:36
“Traxtur”un Baş məşqçisi Qus Hiddink ola bilər

Gunaz.tv

GünAz TV: Məhəmməd Təqəvi “Traxtur”un baş məqşçisi vəzifəsindən istefa verdikdən sonra klubun sahibi komandanın sükanı arxasına bir xarici baş məşqçini gətirmək istəyir.

 

Mediada yayılan son məlumata görə, artıq Təbriz klubu ilə Qus Hiddink arasında aparılan müzakirələr nəticə verib və tərəflər arasında ilkin razılıq əldə olunub.

 

Qus Hiddink hazırda Hollandiyadadır, bəzi mənbələr onun yanvarın 13-də yekun müzakirələr üçün Təbrizə gələcəyini yazıb.

 

Dünya şöhrətli baş məqçi hollandiyalıdır. O Hollandiya, Koreya, Türkiyə, Rusiya və Avstraliyanın milli komandaları, həmçinin “Real Madrid”, “Real Betis”, Çelsi, Fənərbaxça və Valensiya kimi komandaların sükanı arxasında çalışıb.

 

Qus Hiddink Hollandiya komandasını dünya kubokunda 4-cü pilləyə yüksəldib. O 2006-ci ildə Avropa Çempionatının yarımfinal mərhələsində Eindhoven komandasına vəsiqə qazandırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar