SON XƏBƏRLƏR

“Traxtur”un dünya şöhrətli baş məşqçisi bu tarixdə Təbrizə gələcək

2021.10.20, 07:36
“Traxtur”un dünya şöhrətli baş məşqçisi bu tarixdə Təbrizə gələcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının yeni baş məşqçisi Con Toşakın Azərbaycan komandasını çalışdıracağı artıq qətiləşib, onun yaxın günlərdə Təbrizə gələcəyi gözlənilir.

 

“Traxtur” komandasının müdiri Rza Mühaciri hazırda klubun uelsli məşhur mütəxəssisə iş vizası almaqla məşğul olduğunu bildirərək Con Toşakın iyunun 26-da Təbrizə gələcəyini deyib.

 

Məlumata görə, yeni baş məşqçi yaxın günlərdə öz köməkçilərini təqdim edəcək, 4 xarici oyunçu isə onun məsləhəti ilə kluba transfer olunacaq.

 

“Traxtur” komandası Rəməzan bayramından sonra R.Mühaciri və C.Toşakın köməkçisi Rəsul Xətibinin nəzarəti altında məşqlərə start verəcək. Komandanın məşqləri iyunun 26-dan sonra yeni baş məşqçinin rəhbərliyi ilə davam etdiriləcək.

 

Azərbaycan klubu növbəti super liqa yarışlarınadək bir təlim-məşq toplanışı keçirməyi planlaşdırır, hələlik toplanışın yeri və zamanı bəlli deyil, bu haqda yeni baş məşqçi qərar verəcək.

 

Qeyd edək ki, “Real Madrid” komandasının keçmiş baş məşqçisi, 69 yaşlı Con Toşak ötən günlərdə Təbrizin “Traxtur” klubu ilə 3 illik müqavilə imzalayıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar