SON XƏBƏRLƏR

“Traxtur”un kapitanı cəzalandırılıb / Klubun icraçı direktoru İnzibati Komitənin qərarına etiraz bildirib

2021.10.20, 07:36
“Traxtur”un kapitanı cəzalandırılıb / Klubun icraçı direktoru İnzibati Komitənin qərarına etiraz bildirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu  super liqa yarışlarında öz mövqeyini gücləndirdiyi bir vaxtda ona qarşı yeni təzyiqlər başlayıb.

 

Bu ssenari hər il super liqa yarışlarında mövsümün ikinci yarısında təkrar olunur.

 

Çərşənbə axşamı günü yayılan məlumata görə, Futbol Federasiyasının inzibati komitəsi “Traxtur”la “Gül Gövhər” komandalarının keçirdiyi yarışla bağlı hökm çıxarıb. Hökmə əsasən Azərbaycan komandasının kapitanı Məsud Şucayi 3 oyunda komandasının görüşlərinə qatıla bilməyəcək. O bundan əlavə, 100 milyon rial məbləğində cərimə də ödəməlidir.

 

İnzibati Komitə Məsud Şucayini hakimlə kobud rəftar davranmaq və virtual məkanda hakimə böhtan atmaqda günahlandırıb.

 

“Traxtur” klubunun icraçı direktoru Mir Məsum Söhrabi İnzibati Komitənin çıxardığı hökmü qınayaraq bu qərarı  “Traxtur” klubu və onun tərəfdarlarına qarşı zülm kimi qiymətləndirib.

 

 

Mir Məsum Söhrabi

 

““Gül Gövhər”lə görüşdə Məsud Şucayi qanunsuz heçnə etməyib. O sadəcə köməkçi hakimin anlaşılmaz qərarı ilə bağlı onunla söhbət edib. İnzibati Komitə qərar verməkdə tələskənliyə yol verib.

Məsud Şucayi bir kapitan kimi köməkçi hakimlə yalnız söhbət edib. Məsələ ondan ibarətdir ki, biz dəfələrlə digər komandaların oyunçularından nalayiq hərəkətlər görürük. Lakin onlar cəzalandırılmır. Məsud Şucayinin keçmiş fəaliyyətinə baxsınlar. O heç vaxt problem yaratmayıb və dinc oyunçu olub. Hesab eliyirəm ki, qanun hamı üçün icra olunmalıdır. Bütün komandaların oyunçularına eyni gözlə baxılmalıdır.

Deyirlər Məsud Şucayi virtual məkanda hakimə böhtan atıb. Halbuki, o “Gül Gövhər”lə oyundan sonra heç bir açıqlama verməyib və bir ildən çoxdur ki, mətbuat orqanları ilə danışığı olmayıb.”- deyə o bildirib.

 

Klubun icraçı direktoru İnzibati Komitənin qərarından şok olduqlarını, bununla bağlı ciddi etiraz etdiklərini diqqətə çatdırıb.

 

Futbol Federasiyasının İnzibati Komitəsi o halda “Traxtur”un kapitanına qondarma ittihamlarla 3 oyunda oynamasına qadağa qoyub ki, dünən yayılan məlumata əsasən mətbuat və mədəniyyət məhkəməsi 2019-cu il aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda Təbrizin “Traxtur” futbol komandasını böyük hesabla “Sepid rud”a uduzduran qapıçı Möhsün Fruzana bəraət verib.

Bu barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

“Traxtur” komandasına xəyanət edən qapıçı Möhsün Fruzana bəraət verilib

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar