SON XƏBƏRLƏR

“Traxtur”un keçmiş baş məqçisi: “Oyunçular “Traxtur”un köynəyi ilə fəxr etməlidilər”

2021.10.20, 07:36
“Traxtur”un keçmiş baş məqçisi: “Oyunçular “Traxtur”un köynəyi ilə fəxr etməlidilər”

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının keçmiş baş məşqçisi Rəsul Xətibi komandanın son vəziyyətindən danışarkən ona olan hörmət və sevigisini dilə gətirib.

 

Baş məşqçi bu barədə Təbrizdə “Fars” xəbər agentliyinin müxbiri ilə danışıb.

 

“Con Toşak islam inqilabından sonra İrana gələn ən yaxşı baş məşqçilərdən biridir. Lakin uğur əldə etmək üçün bununla kifayətlənmək olmaz, baş məşqçiyə həm də yaxşı şərait yaradılmalıdır”- deyə o vurğulayıb.

 

“Traxtur”un keçmiş baş məşqçisi əlavə edib ki, “klubun sahibi cənab Zenuzi bütün etibarını bu komanda ilə bağlayıb. Buna baxmayaraq onun kluba rəhbərlik etdiyinə görə komandanın çempion olacağına ümid etmək doğru deyil. Onun proqramları uzun müddətə hesablanıb, bu müddətdə biz və bütün komanda tərəfdarları ona yardım etməliyik.”

 

İran milli komandasının keçmiş oyunçusu sözlərinin sonunda bəzi “Traxtur” oyunçularına eyham vuraraq Azərbaycan komandasının əhəmiyyətinə işarə edib. “Mənim fikrimə görə, “Traxtur”un şanlı köynəyinə hörmətsizlik edib komandaya daxil olmağa naz edən oyunçular bu komandanın işinə yaramaz. Hər oyunçu “Traxtur” komandasının köynəyini geyməklə fəxr etməlidir”- deyə Rəsul Xətibi bəyan edib.

 

Qeyd edək ki, hazırda Türkiyədə təlim-məşq toplanışı keçirən Azərbaycanın “Traxtur” futbol komandasını, “Real Madrid”in keçmiş baş məşqçisi Con Toşak çalışdırır. O iyun ayında klub rəhbərliyi ilə müqavilə imzaladıqdan sonra bu komandada fəaliyyətə başlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar