SON XƏBƏRLƏR

“Traxtur”un növbəti rəqibi: “Sepahan”

2021.10.20, 07:36
“Traxtur”un növbəti rəqibi: “Sepahan”

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu cümə günü növbəti rəqibini qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 20-ci həftəsində “Traxtur” İsfahanın “Sepahan” komandası ilə qarşılaşacaq.

 

Görüş martın 1-i yerli vaxtla saat 16:00-da Təbrizin səhənd stadionunda baş tutacaq.

 

“Traxtur”-“Sepahan” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada qeyd edək ki, bir neçə aydan sonra Təbrizə geri qayıdan şotlandiyalı hücumçu Li Ervinin “Sepahan”la görüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil. İdman saytlarında yayılan məlumata görə, o aylardır məşq etmədiyi üçün meydana çıxmağa yetəri qədər hazırlığı yoxdur, ona görə də qarşıdakı görüşdə iştirak etməsi sual altındadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar