SON XƏBƏRLƏR

“Traxtur”un yeni baş məşqçisi Ərtoğrul Sağlam Təbrizdə - GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur”un yeni baş məşqçisi Ərtoğrul Sağlam Təbrizdə - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin "Traxtur" klubunu türkiyəli baş məşqçi Ərtoğrul Sağlam çalışdıracaq.

 

Təcrübəli məşqçi yeni komandasını 11 oyunda meydana çıxaracaq. Nəticələr yaxşı olarsa, o, klubdakı fəaliyyətini davam etdirəcək.

 

Klub rəsmiləri ilə razılığa gələn məşqçi yanvarın 19-da Təbrizə daxil olub, o hava limanında minlərlə “Traxtur” tərəfdarı tərəfindən coşqu ilə qarşılanıb. Onun yerli vaxtla saat 1:00-da Təbrizin hava limanında düşəcəyi açıqlanıb, lakin təyyarə bir neçə saat gecikib, bu səbəbdən də komanda tərəfdarları hava limanında gözləməli olublar. Ə.Sağlamın yolunu gözləyən bəzi komanda tərəfdarları ailə üzvləri ilə birlikdə hava limanına gəliblər.

 

Komanda tərəfdarları tərəfindən coşqu ilə qarşılanan baş məşqçi onların qarşısında çıxış etmək istəyib, lakin hökumət qüvvələri buna imkan verməyib. İran mətbuatı isə Ə.Sağlamın izdihamdan dolayı çıxışının baş tutmadığını yazıb.

 

"Traxtur" tərəfdarları bildiriblər ki, onlara komanda bayrağını nümayiş etdirməyə icazə verilməyib.

 

Baş məqçi ilə şelfi çəkməyə çalışan gənclər onu “Təbrizə xoş gəlmisiniz” ifadəsi ilə qarşılayıblar.

 

Ə.Sağlam Türkiyə mətbuatına açıqlamasında Təbrizdə özünü yad hiss etməyəcəyini söyləmişdir: "Traxtur"da türk dilində danışan yetərincə insan var. Bu baxımdan çətinlik çəkməyəcəm. Tez bir vaxtda adaptasiya olub, komandanı gücləndirmək istəyiəm".

 

Keçən günlərdə Türkiyə qəzetləri və İran xəbər agentlikləri, məşhur baş məşqçi Mustafa Denizlinin Təbrizə gedəcəyinə dair məlumat vermişdirlər. Lakin  Mustafa Denizli daha sonra “Traxtur” məsulları ilə razılaşa bilmədiyini açıqlamışdır.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar