SON XƏBƏRLƏR

“Traxtur”un yeni baş məşqçisi məlum oldu

2021.10.20, 07:36
“Traxtur”un yeni baş məşqçisi məlum oldu

Gunaz.tv

GünAz TV: Məhəmməd Təqəvi Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi postundan istefa verdikdən sonra klub rəhbərliyi komanda üçün yeni baş məşqçi təyin edib.

 

Yayılan məlumata görə, 69 yaşlı belçikalı Corc Likens artıq “Traxtur”un yeni baş məqşçisi kimi təqdim olunub. O bundan əvvəl Belçikada 7 dəfə ilin baş məşqçisi seçilib.

 

Belçikanın milli komandası Corc Likensin baş məşqçiliyi ilə 1998-ci ildə dünya kubokuna qatılıb. Tanınmış baş məşqçi 2010-cu ildə tarixinin ən ağır dövrünü yaşayan Belçikanın milli komandasını FİFA-nin reytinq sıralamasında 60-cı yerdən 18-ci yerə yüksəldib. Belçikanın milli komandası Corc Likensin komandaya cəlb etdiyi oyunçularla 2018-ci ildə dünya kubokunda 3-cü yeri tutub.

 

Corc Likens bundan əvvəl Tunis, Əlcəzair və Macarıstan milli komandalarının da sükanı arxasında çalışıb.

 

Belçikalı baş məşqçi ilə “Traxtur” klubu rəhbərliyi arasında yanvarın 13-də müqavilə imzalanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar