SON XƏBƏRLƏR

“Traxtur” və “Maşınsazi” dünya reytinqində 2 pillə irəliləyib

2021.10.20, 07:36
“Traxtur” və “Maşınsazi” dünya reytinqində 2 pillə irəliləyib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” və “Maşınsazi” klubları dünya klublarının reytinq siyahısında 2 pillə irəliləyib.

 

Məlumata görə, məşhur “clubworldranking” saytı dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb. Cədvəldə Güney Azərbaycan klubları da yer alıb.

 

Hesabında 2290 xal olan “Traxtur” 330-cudur. Azərbaycan komandası ötən siyahı ilə müqayisədə 2 pillə irəliləyib.

 

Siyahıya düşən digər klubumuz - "Maşınsazi" 1560 xalla 458-cidir. Bu klubun da ötən siyahı ilə müqayisədə 2 pillə irəllədiyi məlum olub.

 

Baş məşqçilərin yeni reytinq siyahısında isə “Traxtur”un baş məşqçisi Sakit İlhami 750, “Maşınsazi”nin baş məşqçisi Vahid Şeyxləri 999-cu yerdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar