SON XƏBƏRLƏR

“Traxtur” və “Sepahan” arasında oyunçu mübadiləsi olacaq?

2021.10.20, 07:36
“Traxtur” və “Sepahan” arasında oyunçu mübadiləsi olacaq?

Gunaz.tv

GünAz TV: Son günblərdə virtual məkanda Güney Azərbaycanın “Traxtur” futbol klubu ilə İsfahanın “Sepahan” klubu arasında oyunçu mübadiləsi barədə xəbərlər yayılıb.

 

“Traxtur” oyunçuları Ehsan Hacı Seyfi və ya Əkbər İmani ilə “Sepahan” oyunçusu Səid Ağayinin dəyişdirilməsi barədə yayılan şayiə əksər “Traxtur” tərəfdarlarının nigaranlığına səbəb olmuşdur.

 

“Traxtur” klubu çərşənbə günü bu barədə bildiriş yayaraq yayılan xəbərləri təkzib edib.

“Ehsan Hacı Seyfi və Əkbər İmani heç bir komandaya getmir. Onlar “Traxtur” komandasının oyunçularıdır. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.”- deyə bildirilib.

 

Bildirişdə qeyd olunub ki, komanda tərəfdarları bütün xəbərləri klubun rəsmi mətbuat orqanından izləsinlər.

 

Qeyd edək ki, İran üzrə futbol klublarının 19-cü super liqa yarışlarında mövsümün birinci yarısı başa çatıb. “Traxtur” hal-hazırda 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar