SON XƏBƏRLƏR

“Traxtur” yarışlarında səsləndirilən milli şüarlar Türkiyə mətbuatında – VİDEO

2021.10.20, 07:36
“Traxtur” yarışlarında səsləndirilən milli şüarlar Türkiyə mətbuatında – VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı gənclərin səsləndirdiyi milli şüarlar növbəti dəfə Türkiyə mediasında işıqlandırılıb.

 

TVNET Telekanalı Təbrizin “Traxtur” futbol klubu haqda yaydığı raportda “Traxtur”u türklərin qalası kimi qiymətləndirib. Bildirilib ki, ““Traxtur” Güney Azərbaycan üçün adi bir komanda deyil, daha geniş məna daşıyır. Bu komandanın oyunları Azərbaycan türkləri və İran coğrafiyasında yaşayan digər türklərin özünü ifadə etməsi üçün ən rahat vasitədir.”

 

Raportda “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan...” şüarının gənclər tərəfindən həsrətlə səsləndirildiyi də xüsusi qeyd olunub.

 

Məşhur telekanal stadionlarda Türkiyə və Şimali Azərbaycana “Bakı, Təbriz, Ankara – Biz hara farslar hara!” şüarı ilə salam göndərildiyini də diqqətə çatdırıb.

 

Raportda son günlərdə “Traxtur”la Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası arasında keçirilən görüşdə səsləndirilən şüarlara da işarə olunub, komanda tərəfdarları tərəfindən dilə gətirilən “Nə mutlu türküm deyənə” şüarının olduqca diqqətçəkici və düşündürücü olduğu vurğulanıb.

 

Qeyd edək ki, “Traxtur” komandasının görüşündə olub bitənlər vaxtaşırı dünya mediası, o cümlədən Türkiyə və Azərbaycan Respublikası mətbuatında işıqlandırılır. Həmin məlumat İran kütləvi informasiya vasitələrində senzura olunur.

 

VİDEO:

https://www.youtube.com/watch?time_continue=59&v=WkPWyBnXRzU

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar