Trend: Prokuror İŞİD-ə qoşulanlara 83 il cəza istədi

2016-10-24 14:29

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in yaydığı məlumata görə, rosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror (dadistan) E.Əzizov, İ.Əzizov və B.Şirinovun hər birinin 15 il, R.Bədəlov və N.Bədəlovun 13 il, E.Mirzəbəyovun 8 il, Ə.Şamxalovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Proses oktyabrın 31-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Zaur Heydərov, Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov, Əfqan Şamxalov, Vaqif Talıbov, Rufan Ağcabəyov, və Elşən İsmayılovu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Müəyyən edilib ki, Z.Heydərov, E.Əzizov, V.Talıbov, R.Ağcabəyov və E.İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”

2020-10-26

gun az article

Prezident İlham Əliyev: “Atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz”

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: “Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”

2020-10-26

gun az article

Azərbaycan Prezidenti Zəngilan, Cəbrayıl və Qubadlının dünən işğaldan azad edilmiş kəndlərinin adını açıqlayıb

2020-10-26

gun az article

Prezident İlham Əliyev: “Biz yeni reallıq yaratmışıq, hesablaşın”

2020-10-26

gun az article

Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını açıqlayıb

2020-10-26

gun az article

Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb

2020-10-26

gun az article

Hikmət Hacıyev: "Ermənistan baş naziri növbəti dəfə yalan danışır"

2020-10-26

gun az article

Hikmət Hacıyev: "Humanitar atəşkəsin növbəti dəfə pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"

2020-10-26

gun az article

Müdafiə Nazirliyi: Düşmən bölmələrimizi atəşə tutur

2020-10-26

gun az article

Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"- FOTO

2020-10-26

gun az article

MN: Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO

2020-10-25

gun az article

Prezident: "Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir"

2020-10-25

gun az article

Prezident: "Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib"

2020-10-25

gun az article

Prezident İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib - YENİLƏNİB- FOTO

2020-10-25

gun az article

MN: Qubadlı istiqamətində Ermənistana məxsus döyüş təyyarəsi məhv edilib

2020-10-24

gun az article

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

2020-10-24

gun az article

Rusiya səfirliyi Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

2020-10-24

gun az article

Düşmənin gecə ərzində döyüş texnikaları məhv edilib - VİDEO

2020-10-24

gun az article

MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

2020-10-24