SON XƏBƏRLƏR

Tripoli (Trablos) xəstəxanalarından birində 200 cəsəd aşkarlanıb

2021.10.20, 07:36
Tripoli (Trablos) xəstəxanalarından birində 200 cəsəd aşkarlanıb

Gunaz.tv

GünAz TV: Jurnalistlər Tripolidə (Trablos) dəhşətli faciə aşkar ediblər. Tripoli kənarlarında yerləşən xəstəxanada 200-dən artıq cəsəd tapılıb.

BBC müxbiri Əbu-Səlim xəstəxanasının çarpayı və koridorlarında kişi, qadın və uşaq cəsədləri aşkar edib.

Xəstəxanadan bir qədər aralıda üsyançılar və Müəmmar Qəddafi tərəfdarları arasında atışma başlayanda həkimlər və tibb bacıları yaralıları və xəstələri taleyin ümidinə buraxaraq qaçıblar.

Jurnalistin sözlərinə görə, yerli sakinlər cəsədləri xəstəxanada tapılan insanların öldürülməsində Qəddafi rejimini ittiham edirlər. Ancaq onların hansı şəraitdə öldüyü hələ məlum deyil.

Bu arada isə polkovnikin (sərhəngin) doğma şəhəri Sirteyə yaxınlaşan üsyançılar Qəddafi rejimi tərəfdarlarının ciddi müqavimətilə üzləşiblər.

Dünən Britaniya qırıcı təyyarələri Qəddafinin Sirtedəki bunkerinə zərbələr endiriblər.

Məlumata görə, Tripolidə əsasən sakitlikdir, amma cümə günü beynəlxalq aeroport (hava limanı) ərazisində üsyançı dəstələr və Qəddafi tərəfdarları arasında gərgin toqquşma olub.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Britaniyanın təklif etdiyi Qəddafi rejimi vəsaitlərinə (büdcə) sanksiyalara (təhrimlərə) dair qətnaməni müzakirə edəcək.

Təklifdə Liviyanın (Libi) Milli Keçid Şurasına rejimin dondurulmuş vəsaitlərindən 1.5 milyard dollar ayrılması nəzərdə tutulur. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar