SON XƏBƏRLƏR

Türk birliyi: Reallıq, yoxsa xülya?

2021.10.20, 07:36
Türk birliyi: Reallıq, yoxsa xülya?

Gunaz.tv
Türk birliyi: Reallıq, yoxsa xülya? Türkdilli ölkələrin liderləri avqustda Bakıda toplaşacaq Azərbaycan prezidenti İlham Əliyev avqustda Bakıda Türkdilli ölkələrin liderlərinin qeyri-rəsmi zirvəsi görüşünü çağırıb. Bu barədə "Ekspress"ə diplomatik mənbələrdən bəlli olub. Rəsmi olaraq bu tədbirin 2009-cu ildə keçiriləcək Türkdilli dövlət başçılarının əsas sammitinə hazırlıq xarakteri daşıdığı bildirilir. Hərçənd, qeyri-rəsmi sammit də siyasi baxımdan az əhəmiyyət daşımayacaq: tədbirə təxminən 10 ölkədən (Birliyə üzv və tərəfdaş dövlətlər) prezident və hökumət başçılarının qatılacağı gözlənilir. Artıq bir sıra ölkələrin başçıları, o cümlədən Türkiyə prezidenti Abdulla Gül avqustda Bakıya gəlməyi razılıq verib. Bu tədbirə qədər isə Azərbaycan və Türkiyə prezidentləri Gürcüstanda - gələn ay keçiriləcək Bakı-Tiflis-Qars dəmir yolunun təməlatma mərasimində görüşəcəklər. Qeyri-rəsmi zirvə görüşünü dünən Bakıda səfərdə olan Türkiyənin memarlıq və inşaat işləri naziri Faruk Nafiz Özakla müzakirə olunub və türkiyəli nazir ölkəsinin tədbirdə ən yüksək səviyyədə da təmsil olunacağını bir daha təsdiqləyib. Qeyri-rəsmi zirvədə türk xalqlarının mədəni, iqtisadi və siyasi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək. Siyasi məsələlərdən Dağlıq Qarabağ münaqişəsi, Kipr problemi və Axıska türklərinin tarixi torpaqlarına qayıtması daha çox diqqət mərkəzində olacaq. Liderlərin görüşündə uydurma erməni soyqırımı mövzusunun da müzakirəyə çıxarılacağı, hətta bununla bağlı ayrıca bəyanatın qəbul ediləcəyi də gözlənilir. Bakıdakı türk diplomatları diqqəti buna yönəldirlər ki, belə tədbirlər türk xalqlarının birləşməsi, xarici ölkələrin ictimai-siyasi həyatında onların fəallığını artırmağa xidmət edir. Birgə zirvə habelə türk icmaları üçün də xeyli vaxtdır hazırlanan vahid konsepsiya, ümumi fəaliyyət strategiyasını müəyyənləşdirməyə yardım edir. Qeyri-rəsmi sammitdə türkdilli xalqlar arasında birliyin möhkəmlənməsinə yönələn şifahi xarakterli də olsa, bir çox qərarlar qəbul edilməlidir. Bunlar arasında türkdilli ölkələri dövlət başçılarının zirvə görüşü daimi katibliyinin yaranması, ortaq dilin yaradılması üzərində işlərin aparılması, Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün konsepsiyanın hazırlanması da olacaq. Həmçinin tədbir Türkiyə ilə Azərbaycana qarşılarındakı ən önəmli problem - Dağlıq Qarabağ və uydurma erməni soyqırımı məsələsində nəhayət, diaspor səylərini birləşdirməyə və lobbiçiliyə keçidə imkan verəcək. "Dildə və dində biriksə, işdə də bir olmaq lazımdır", - türk diplomatları belə deyirlər. Ancaq Bakıdakı bəzi təhlilçilər bu cür tədbirlərin formal xarakter daşıdığı qənaətindədirlər. Xüsusilə də bir sıra müşahidəçilər türkdilli dövlətlərin hazırda bir çox siyasi və iqtisadi məsələlərdə birlik nümayiş etdirmədiyini əsas gətirərək, prezidentlərin görüşlərinə də skeptik yanaşırlar. Keçmiş dövlət müşaviri Vəfa Quluzadə hesab edir ki, son onildə türk xalqlarının iqtisadi və siyasi əməkdaşlığının gücləndirilməsi ideyası dəfələrlə ən yüksək tribunalardan səsləndirilsə də, bu hələ ki, sözdən işə keçməyib: "Boş-boş tədbirlər keçirməklə baş qatmaq lazım deyil. Real iş görülməlidir" Hazırda dünyada mövcud olan türkdilli dövlətlər arasında nə iqtisadi, nə də siyasi məsələlərdə birlik müşahidə edilmir. Misal üçün Ermənistan Azərbaycan və Türkiyəyə qarşı müxtəlif iddialarla çıxış etsə də, Mərkəzi Asiya dövlətləri onunla diplomatik və iqtisadi əlaqələr saxlayırlar. İqtisadi məsələlərə gəldikdə isə, misal üçün Qazaxıstanla Türkmənistan öz neft və qazının Avropaya ixracının tək Azərbaycanla Türkiyə deyil, o cümlədən Rusiya ərazisindən aparılması barədə düşünürlər, ən azından buna meyllərini gizlətmirlər. Bununla belə, Türkiyənin Bakıdakı keçmiş səfiri, hazırda isə prezident Gülün idarə rəisi işləyən Hüseyn Avni Qarslıoğlunun fikrincə, türk birliyinə nail olmaq üçün bir qədər səbrli olmaq lazımdır: "Biz bu işi davam etdirəcəyik və onun önündə heç kim dura bilməz. Yəni bu gün olmasa da, sabah olacaq. Əsası odur ki, yol doğrudur". Türkiyə baş nazirinin müşaviri Qeybulla Qeybullayev də hesab edir ki, işlər indiki kimi aparılsa, indiki nəsil olmasa da, gələcək nəsillər türk dövlətlərinin birliyini görəcək. Bununla belə, müşahidəçilərin mütləq əksəriyyəti hesab edir ki, türk birliyinin yaranması üçün vacib olan əsas amil müxtəlif türk xalqlarının onların ümumi kökdən qaynaqlanmasını və bir biri ilə qardaş olmasını anlamasıdır. Bu baxımdan prezidentlərin qarşıdakı qeyri-rəsmi Bakı zirvəsini önəmli tribuna sayanlar da var. Xüsusilə də kulislərdə belə güman olunur ki, belə tədbirlərin vaxtaşırı təşkili Azərbaycanın özü ilə yanaşı, məsələn, Quzey Qırbrı kimi ölkələr üçün vacib özününümayişdir. Belə ki, son aylarda Qarabağ danışıqları geriləyib, Qıbrısda süstlük artıb və bütün bunların fonunda Türkiyəyə erməni və yunan lobbiləri, habelə Avropa Birliyi tərəfindən basqılar güclənib. Belə bir vəziyyətdə keçiriləcək Bakı zirvəsi isə "türk düşmənlərinə" belə bir mühüm mesaж verə bilər: Təzyiqlər artdıqca, türk ölkələri bir-birinə daha sıx bağlanırlar. Bakı zirvəsi Türkiyə ilə Azərbaycan arasında yüksəksəviyyəli danışıqlar baxımından da maraq doğura bilər. Bu, A.Gülün prezident olandan sonra Bakıya ikinci səfəri olacaq. Ymumiyyətlə, Türkiyə liderləri Azərbaycana son vaxtlar hər 8-9 aydan bir səfər edirlər. Onların son səfərinə bunca böyük beynəlxalq maraq həm də enerжi layihələrilə bağlıdır. Belə ki, Avropa bazarlarında Xəzər qazını gözləyirlər. ABŞ dövlət katibinin müavini Metyu Brayza ötən həftə bəyan edib ki, Azərbaycan qazının dünya bazarlarına ixracı üçün Ankara Bakıya "daha çox yardım" etməlidir. Vaşınqton "qaz məsələsinin" müsbət həllinə ümid edir. Brayzanın hesablamalarına görə, Türkiyə vasitəsilə Avropaya çatdırılacaq Azərbaycan qazı Rusiyanın Avropaya satdığı qazın dörddə birini təşkil edə bilər. Ymumilikdə Bakıdan 15 il ərzində 30 milyard kubometr mavi yanacağın ixracınə ümid edilir. Bir qədər əvvəlsə Azərbaycan tərəfi Türkiyənin texniki cəhətdən hazır olmamasından və tranzit qaydalarını sərtləşdirdiyindən "Nabucco" layihəsinin kommersiya baxımdan əhəmiyyətinin şübhə doğurduğunu bəyan edib. Ancaq bugünlərdə Naxçıvnada Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin görüşündən sonra tərəflər arasında "enerжi sahəsində bütün məsələlərin həll olunduğu" elan edilib. Bununla yanaşı, avqust toplantısında da prezidentlяrin Türkiyə ərazisində müştərək enerжi layihələrinin həyata keçirilməsi perspektivlərini bir daha nəzərdən keçirəcəyi də bildirlidir. Belə layihələrdən biri ARDNŞ-nin Aralıq dənizindəki Ceyhan limanında inşa etmək istədiyi 20 milyon dollarlıq böyük neft-kimya zavodudur. İki qardaş dövlət arasında başqa bir "axsayan" məsələ ölkələrarası ticarət dövriyyəsinin son illərdə artmamasıdır. Əgər 90-cı illərdə Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı idisə, indi Türkiyəni Rusiya sıxışdırıb. Halbuki, siyasətçilər öz açıqlamalarında Türkiyənin "Azərbaycanın əsas ticari tərəfdaşı" olduğunu bildirirlər. Bakı qardaş ölkəyə əsasən neft və qaz, Türkiyə isə bunun müqabilində ərzaq malları, tekstil, yüngük sənaye malları, inşaat materialları ixrac edir. Hazırda Azərbaycan tərəfi diplomatik kanallarla türk dövlətlərin liderlərinin qeyri-rəsmi zirvənin hazırlığına başlayıb. Bakı sammitdə xüsusilə Türkmənistan və Özbəkistan kimi ölkələrin liderlərinin də iştirakını arzu edir. Belə ki, bu ölkələr son illər türk liderlərinin yığıncanlarına ya aşağı səviyyədə qatılıblar, ya da ümumiyyətlə qatılmayıblar. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar