SON XƏBƏRLƏR

“Türk dili bizim qırmızı xəttimizdir” şüarı Mərənd şəhərinin divarlarında – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Türk dili bizim qırmızı xəttimizdir” şüarı Mərənd şəhərinin divarlarında – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Aradan 2 həftədən çox keçməsinə baxmayaraq azərbaycanlıların İranın təhsil naziri Məhəmməd Bəthayinin irqçi açıqlamasına qarşı etirazları səngimir.

 

Bu dəfə mərəndli milli fəallar şəhərin müxtəlif yerlərində divarları milli şüarlarla bəzəyiblər.

 

Məlumata görə, bazar günü axşam saatlarında şəhərdə bir çox divara “Türk dili bizim qırmızı xəttimizdir” şüarı yazılıb. Fəallar bu vasitə ilə İranda qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayan təhsil nazirinə etiraz bildirərək türk dilinin qorunub saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıblar.

 

Fəallar həmçinin məktəb binalarının divarlarına “Türk dilində mədrəsə” şüarı yazaraq ana dilində təhsil tələbi irəli sürüblər.

 

Oxşar şüarlar ötən günlərdə Təbriz, Urmiyə, Ərdəbil, Parsabad və Çaypara şəhərlərinin ən hərəkətli yerlərində divarlara yazılıb.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, aradan iki həftədən çox zaman keçməsinə baxmayaraq etirazlar davam edir.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar