SON XƏBƏRLƏR

Türk dünyasının inteqrasiya problemi

2021.10.20, 07:36
Türk dünyasının inteqrasiya problemi

Gunaz.tv
Türk dünyasının inteqrasiya problemi turkazeribayraq.jpg Tənzilə Rüstəmxanlı: "Belə çıxır ki, keçirilən qurultaylar, ciddi məsələlər üçün xərclənən məsrəflər boşuna gedir" Türk dünyasının inteqrasiyasına yönəlik addımların səngidiyi aydın nəzərə çarpmaqdadır. Məsələn, bu ilin yazında Antalyada türk dövlətlərinin parlamentlərinin vitse-spikerlərinin görüşündən sonra belə qənaət ortaya çıxmışdı ki, tezliklə Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması barədə qərar veriləcək. Ancaq dördüncü aydır ki, konkret bir iş yoxdur. Buna görə də elə təəssürat yaranır ki, türk dünyasının birliyinə yönəlik addımlar mahiyyətcə mövsümi xarakter daşıyır və son məqsədə çatılmır. Ramiz Mikayıloğlu Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyir ki, türk dünyasına yönəlik bəzi məsələlər var ki, onlar hər dəfə Türk Dövlət və Toplumlarının Dostluq, Qardaşlıq qurultayında gündəmə gətirilib və bəzi ümidlər də olub. Son qurultaydan xeyli müddət keçib, bir neçə aydan sonra ili tamam olacaq. Son qurultayda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan təklif edib ki, türk dünyasında ümumi bir dildən istifadə, dildə birliyin saxlanması üçün bir işçi dil qurumu yaradılsın və işə başlasın. Həmin təklif qurultayda müsbət qarşılanıb və dil qurumunun mərkəzinin Türkiyədə olması məqsədəuyğun sayılıb. Amma bu təklif hələ gerçəkləşməyib: "Türkiyədə də bu sualları bizə çox verirlər. Konkret bir iş hələ yoxdur". Tənzilə Rüstəmxanlının sözlərinə görə, Türk Dövlətləri Parlament Assambleyasının yaradılması üçün də bir neçə parlament sədrlərinin müavinləri səviyyəsində toplantı keçirilib. Orta Asiyadan Qazaxıstan və Qırğızıstandan nümayəndə heyəti gəlib, Özbəkistan və Türkmənistan isə toplantıya qatılmayıb: "Bu məsələ də hələ ki, müzakirə mərhələsindədir, konkret bir iş yoxdur. Nə qədər desək ki, eyni millətik, bir-birimizə yaxınlaşmağımız asan olmalıdır, olmur. Məsələn, başqa-başqa xalqlar olsalar da belə, Avropa Birliyi çətiri altında onlar birləşiblər. Biz nə qədər desək də ki, bir millətik, amma bir çətir altında adi məsələlərdə bir araya gəlib, konkret iş görə bilmirik. Mən ötən qurultayda da çıxışımda demişdim ki, qurultaylarda qəbul olunan sənədlər, təkliflər kağız üzərində qalır. Bu gün də görürük ki, qərarlar kağız üzərindədir". Azəri-Türk Qadınlar Birliyinin sədri düşünür ki, Azərbaycandan da bu məsələyə münasibət yetərli olsaydı, heç olmasa bəzi təkliflər verilər, işlər görülər, bu sahədə görülən işlər açıqlanardı. Tənzilə Rüstəmxanlı vurğuladı ki, Türkiyədə də türk dünyasının bir araya gəlməməsi, inteqrasiya prosesinə mane olmaq üçün bəzi qruplar əllərindən gələni edirlər, qardaş ölkədə qarışıqlıq yaratmaqla məşğuldurlar. Türkiyəni başını öz daxili işlərinə qatırlar ki, başını qaldırıb türk dünyasına, yaxud qonşularında gedən proseslərə baxmasın, müdaxilə etməsin: "Bu gün Türkiyə öz içində özüylə savaşır. Bir yandan PKK ilə mücadilə aparır, digər tərəfdən, ölkə daxilindəki olayları hər kəs görür. Bütün bunlar türk dünyasına yönəlik layihələrin həyata keçirilməsinə çox böyük maneəçilik törədir. Hər halda türk dövlətlərinin hər biri bu məsələdə üzərinə düşəni yerinə yetirməlidirlər. Yerinə yetirilməynədə, belə çıxır ki, keçirilən qurultaylar, ciddi məsələlər üçün xərclənən məsrəflər boşuna gedir. QHT-lər səviyyəsində iş görülür. Amma burada əsas söz dövlətlərindir. Dövlətlər bu məsələləri ciddi şəkildə gündəmə gətirməli, həll etməlidilər. Təəssüf edirəm ki, bu sahədə hələ ciddi bir addım atılmayıb". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar