SON XƏBƏRLƏR

Türk kinorejissorlar İran kinosunun yarısını ələ alacaq – “Atabay” filminin aktyoru / VİDEO

2021.10.20, 07:36
Türk kinorejissorlar İran kinosunun yarısını ələ alacaq – “Atabay” filminin aktyoru / VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı aktyor və kinorejissor, məşhur “Atabay” filminin aktyoru Hadi Hicazifər türk sənətkarlarla bağlı qürurverici sözlər deyib.

 

O türk dilinin əhəmiyyətinə təkid edərək bildirib ki, Urmiya, Təbriz və digər şəhərlərdə bir nömrəli kinorejissorlar var. Onlar 2, 3 ildən sonra İran kinosunun yarısını ələ alacaq.

 

Azərbaycanlı aktyor türk dili ilə bağlı bəyan edib ki, bizim dili tanımaq və dərk etməkdə ciddi problemimiz var. Dil özü ilə estetika, mif, əfsanə və s. gətirir. Türk dilində qədim zamanlardan, miflərdən və s. rahat şəkildə söhbət etmək olur. Bu dil virtual məkanda güclü dil kimi öz yerini tapıb.

 

https://www.youtube.com/watch?time_continue=10&v=fNFNoU-qj3Y&feature=emb_logo

 

Qərbi Azərbaycan Əyalətinin Xoy şəhərindən olan aktyor son vaxtlar türk dilində “Atabay” filmini çəkdiyinə və bu filmdə aktyor kimi rol aldığına görə azərbaycanlıların böyük rəğbətini qazanıb.

 

Fevralın 7-də, 38-ci Fəcr Film Festivalında “Atabay” filminin tənqidi və təhlili konfransında farsdilli jurnalist Əmir Fərzullahi sözügedən filmi türk dilində olduğu üçün hədəfə alıb, irqçi ifadələr işlətmişdir. O bildirmişdir ki, İranın rəsmi dili farscadır, kimsənin türk dilində film çəkmək haqqı yoxdur.

Onun bu açıqlaması azərbaycanlı aktyor Hadi Hicazifərin kəskin etirazına səbəb olmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar