SON XƏBƏRLƏR

Türk ordusu daha iki kəndi terrorçulardan azad edib

2021.10.20, 07:36
Türk ordusu daha iki kəndi terrorçulardan azad edib

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 21 gündür davam edir.

 

Türkiyə mediasının yaydığı məlumata görə, Türk ordusu bu gün iki kəndi terrorçulardan azad edib.

 

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Nisriyye və Dükkan kəndlərini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 42-yə çatıb.

 

Ordu qərargahından verilən məlumata görə, 21 gün ərzində 1062 terrorçu zərərsizləşdirilib.

 

Bu arada əməliyyatın 21-ci günündə Afrin bölgəsində daha bir türk əsgərinin şəhid olduğu bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar