SON XƏBƏRLƏR

Türk ordusu: Suriyada 480 terrorçu məhv edilib

2021.10.20, 07:36
Türk ordusu: Suriyada 480 terrorçu məhv edilib

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış bulağı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu zərərsizləşdirilib. 

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu isə “Barış bulağı” başladığı 4 gün ərzində Tükiyənin 11 şəhid verdiyini deyib.

 

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar