SON XƏBƏRLƏR

Türk ordusundan Əsədə AĞIR ZƏRBƏ: onlarla əsgəri və hərbi texnikaları məhv oldu

2021.10.20, 07:36
Türk ordusundan Əsədə AĞIR ZƏRBƏ: onlarla əsgəri və hərbi texnikaları məhv oldu

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində həyata keçirdiyi "Bahar qalxanı” hərbi əməliyyatları çərçivəsində son 24 saat ərzində Dəməşq rejiminin 21 əsgəri zərərsizləşdirilib.

 

Bu barədə Türkiyə Müdafiə Nazirliyi informasiya yayıb.

 

Bildirilib ki, 5 martda türk ordusunun bir əsgərinin şəhid olmasından sonra Silahlı Pilotsuz Uçuş Aparatları ilə yerli vaxtla 16:00 radələrində genişmiqyaslı hücumlar təşkil olunub və nəticədə, rejimin 2 topu, 2 raketatıcısı və 21 əsgəri məhv edilib.

 

Rusiya-Türkiyə arasında İdlib məsələsində razılıq əldə edilmədən əvvəl baş verən hücumun rejimə cavab zərbəsi olduğu qeyd olunub./publika.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar