SON XƏBƏRLƏR

Türkcə bir kitabın bütün nüsxələri İranın İslami İrşad İdarəsi tərəfindən yandırılıb

2021.10.20, 07:36
Türkcə bir kitabın bütün nüsxələri İranın İslami İrşad İdarəsi tərəfindən yandırılıb

Gunaz.tv

GünAz Tv: İranın İslami İrşad İdarəsi türkcə bir satirik kitabın bütün nüsxələrini yandırıb.

 

Azərbaycan türkcəsində yazılan “Tülkü həccə gedir” əsərinin müəllifi Abdulla Şayeqdir, o kitabı uşaq oxucular üçün nəzərdə tutub.

 

Kitab, İran İslami İrşad Baş İdarəsinin icazəsi ilə nəşr olunub, lakin İdarənin Qərbi Azərbaycan Şöbəsi kitabları Azərbaycanın bütün kitab mağazalarından toplayaraq yandırıb.

 

Bir hiyləgər tülküyə işarə edən “Tülkü həccə gedir” hikayəsində qeyd olunub ki, tülkü toyuq və xoruzları aldadaraq onlarla birlikdə yola çıxıb, əsas məqsəd isə onları yolda parçalayıb yeməkdən ibarət olub. Hikayə bir növ insanların dini hissiyatından istifadə etmək və digər məlum hadisələrə işarədir.

 

Kitab yandırma faktı dünyada nadir hallarda baş verən hadisədir. Pəhləvi rejiminin ordusu da 1946-cı il dekabrın 17-də (1325-ci il azərin 26-da) Güney Azərbaycanda onminlərlə türkcə kitab yandırıb. Oxşar hadisə 1933-cü ildə Almaniyada baş verib. Faşistlər öz ideologiyalarına uyğun olmayan kitabları yandıraraq sıradan çıxarıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar