SON XƏBƏRLƏR

Türkdilli dövlətlərin «Türk Dünyası Aydınlar Birliyi» yaradılıb

2021.10.20, 07:36
Türkdilli dövlətlərin «Türk Dünyası Aydınlar Birliyi» yaradılıb

Gunaz.tv
Türkdilli dövlətlərin «Türk Dünyası Aydınlar Birliyi» yaradılıb Qazaxıstan, Almatı, 11 iyul/ Trend News , müxbir R.Məşədihəsənli/ Qazaxıstanın Almatı şəhərində Türk Dünyası Aydınlar Birliyinin təsis konfransı keçirilib. Təsis konfransında Türkiyə, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Şimali Kipr Türk Respublikasının nümayəndələri iştirak ediblər. Akademik Hacı Hayrulla Birliyin sədri, Türkiyənin Qazi Universitetinin professoru İsmet Çetin, filologiya elmləri namizədi, “TÜRKEL” və “Vətən” qəzetlərinin baş redaktoru Ramiz Məşədihəsənli və professor Murat Tüzünhan (Şimali Kipr Türk Respublikası) sədrin müavinləri seçiliblər. Türk Dünyası Aydınlar Birliyinin yaradılmasında məqsəd tarix, ədəbiyyat, elm, incəsənət sahələrində çalışan dünya şöhrətli şəxsiyyətləri bir araya gətirərək, onların tövsiyə və məsləhətlərindən faydalanıb, türkdilli dövlətlər arasında əlaqələri möhkəmlətməkdən ibarətdir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar