SON XƏBƏRLƏR

Türkistanın şərqində məscid dağıdılıb

2021.10.20, 07:36
Türkistanın şərqində məscid dağıdılıb

Gunaz.tv
Türkistanın şərqində məscid dağıdılıb Çinin işğal etdiyi Şərqi Türkistan ərazisindəki Axsu yaxınlığında yerləşən Kalpin məscidi çinli məsul şəxslərin göstərişi ilə çin qoşunu tərəfindən dağıdılıb. Dünya Uyğur Konqresi tərəfindən verilən məlumata görə, məscid avqust ayında Pekində keçiriləcək olimpiada oyunlarını reklam etmək üçün plakatların məscidlərdə asılmasına müsəlmanların etiraz etməsindən sonra dağıdılıb. Dünya Uyğur Konqresinin sözcüsü Dilşat Rəşid internet vasitəsi ilə verdiyi açıqlamada bildirib ki, Çin hökuməti uyğur türklərindən olimpiada oyunlarını dəstəkləməsi üçün məscidlərdən istifadə etməsini istəyir. Ancaq uyğur türkləri məscidlərin istifadə edilməsinə qarşı çıxıblar. Pekin hakimiyyəti isə ərazidə Şərqi Türkistan dövlətinin qurulması üçün Əl-Qaidənin “uyğur türklərinin fəalları ilə” əlaqə qurduğunu bildirib. Çin hökumətinin verdiyi rəsmi məlumata görə, Şərqi Türküstan ərazisində 8 milyona yaxın türkdilli uyğur yaşayır. Dilşad Rəşid, həmçinin, qeyd edib ki, hökumət qüvvələri məsciddəki bütün Quranları müsadirə edərək ona yaxın adamı həbs ediblər və hal-hazırda həbs olunanlara işgəncə verilir.azerimuslims baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar