SON XƏBƏRLƏR

Türkiyə : "301-ci maddə Qərbin iştahasını artırır "

2021.10.20, 07:36
Türkiyə : "301-ci maddə Qərbin iştahasını artırır "

Gunaz.tv
301-ci maddə Qərbin iştahasını artırır Avropa Birliyi başqa maddələrin də dəyişdirilməsini gündəmə gətirir avropabirliyi.jpg Bağlanma iddiası ilə üzləşən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Cinayət Məcəlləsinin türklüyü təhqirə görə cəzanı nəzərdə tutan 301-ci maddəsini tam ləğv etməsə də, onu yumşaltmaqla Qərbin ona yönəlik dəstəyini artırmış olub. Aprelin 30-da səhərə qədər Böyük Millət Məclisində aparılan müzakirələrdən sonra 301-ci maddəyə düzəliş 250 səslə qəbul edilib, Sözügedən maddədə "türklüyü təhqir etmə" sözləri "Türk millətini, Türkiyə cümhuriyyətini və dövlətin qurumlarını alçaltma" ifadəsiylə əvəzlənib. Düzəlişlərə əsasən, Türkiyə dövlətini və ya parlamentini, hökumətini, məhkəmə orqanlarını, Silahlı Qüvvələri qəsdən aşağılayan şəxslər 6 aydan 2 ilə qədər həbs cəzası ala bilərlər. Amma tənqid məqsədli çıxış və açıqlamalar cinayət elementi sayılmayacaq. Ramiz Mikayıloğlu Həm də istənilən halda cinayət işinin qaldırılması üçün Ədliyyə Nazirliyi iczə verməlidir. Bu isə Qərb ölkələrini müəyyən qədər qane edir. Çünki Ədliyyə Nazirliyi hökumətə tabe olacaq və istənilən vaxt müəyyən yolla hökmətə təsir rıçaqlarını işə salmaqla belə cinayət işlərinə başlanılmasının önünü almaq üçün Qərbin qarşısında geniş imkanlar açılır. Məsələn, Avropa Birliyinə qəbulla bağlı hər hansı mərhələdə problemlə üzləşən və Qərb diplomatlarını dinləməli olan hökumət, seçkilərdə qalib gələrək hakimiyyətə yiyələnmiş partiya və partiyalar bu kimi məsələlərin müstəqil hakimiyyət qolu sayılan məhkəmələrdən asılı olduğunu əsas gətirə bilməyəcək, çünki Ədliyyə Nazirliyi icazə vermədən məhkəmələr iddialara baxa bilməz. Üzvlük yolu bitib-tikənməyən Avropa Birliyi məsələsinə görə hökumətin zaman-zaman cəmiyyəti müəyyən məqamlarda belə hallara görə cinayət işinin açılmamasının vacibliyinə inandırmağa çalışacağını heç kəs istisna saya bilməz. Qərbdən gələn reaksiyalar da bu baxımdan diqqət çəkməyə bilməz. Çünki bu addımla kifayətlənməyərək, Cinayət Məcəlləsinin buna bənzər digər maddələrinin də dəyişdirilməsini tələb etməyə başlayıblar. Avropa Birliyinə hazırda sədrlik edən Sloveniyanın yaydığı açıqlamada bildirilir ki, 301-ci maddənin dəyişdirilməsindən məmnundurlar və artıq bunun həyata keçirilməsi lazımdır. Açıqlamada yazılır ki, bu, "yaxşı bir addım"dır və Türkiyənin islahatlara davam etdirməyə bağlılığını göstərir. Avropa Birliyi Komissiyasının genişlənmə üzrə komissarı Olli Rehn bildirib ki, Komissiya bu maddəylə qaldırılan cinayət işlərinin dayandırılması üçün belə məzmunda olan digər maddələrin də dəyişdirilməsinə yönəlik maddələrin dəyişdirilməsi üçün atılacaq addımları səbirsizliklə gözləyirlər. Onun sözlərinə görə, artıq Türkiyə rəsmiləri söz azadlığının qarantiya altına alınması məqsədiylə referendumun keçirilməsinə diqqət yönəltməlidirlər. Avropa Komissiyasının 301 maddədən sonra "Avropa standartlarına uyğun hala gətirilməsini" istədikləri maddələr isə cinayət və cinayətkarı tərifləməklə əlaqədar 215-ci, xalqı kin ve düşmənçiliyə təhrik və ya aşağılamayla bağlı 216-cı, qanunlara əməl etməməklə əlaqədar 217-ci, cinayət törətmək məqsədiylə dəstə qurmaqla bağlı 220-ci, ədalətli mühakiməyə təsir etmək təşəbbüsüylə əlaqədar 288-ci maddədir. Dünən İngiltərə də 301-ci maddənin dəyişdirilməsindən məmnuniyyət duyduğunu açıqlayıb. Xarici İşlər Hazirliyinin açıqlamasında bunun hüquqların və ifadə azadlığının qarantiya altına alınması baxımından əhəmiyyət daşıdığı və Türkiyənin Avropa Birliyinə qəbulla bağlı islahatlar dövrünə sadiqliyini göstərdiyi vurğulanır. Ancaq 301-ci maddənin dəyişdirilməsinə Türkiyədə müxalif partiyaların təpgiləri davam edir. MHP sədri Dövlət Baxçalı deyib ki, AKP bu düzəlişləri həyata keçirməklə Avropanın sifarişini yerinə yetirir və milli xəyanətə yol verir. O, düzəlişlərin ləğvi üçün partiyasının sona qədər mübarizə aparacağını da vurğulayıb. Söhbət düzəlişlərin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciətdən gedir. Cümhuriyyət Xalq Partiyası (CHP) da hesab edir ki, bu düzəlişlər Avropa Birliyinin sifarişi və iqtidarın gözdən pərdə asmaq cəhdidir. Türkiyə vətəndaşlarının türk media orqanlarının məsələyə cəmiyyətin münasibətini öyrənmək üçün keçirdikləri internet sorğuda yer alan fikirlər də diqqət çəkir. Məsələn, "Milliyət" qəzetinin internet sorğu səhifəsində respondentlərdən biri yazır ki, bu vaxta kimi 301-ci maddəylə ən çoxu 10-15 nəfər həbsxana həyatı yaşayıb: "İngiltərədə bir qəzetçi ingilis xalqını təhqir edə bilərmi? Yox, edə bilməz. Yaxud Fransa və İtaliyada bu mümkündürmü? Yox! Başqa ölkədə olmayan belə "haqlar" niyə Türkiyədə verilsin? Türklüyə həqarət nədən sərdəst olsun?". Respondentlərdən digəri vurğulayır ki, Qərbin bölgədə güclü bir Türkiyə görməyə niyyətləri yoxdur: "Buna görə də milli dövlət, unitar dövlət olmaq özəlliyimizi itirməyimiz üçün nə gərəkdirsə, onu da həyata keçirmək üçün fəaliyyət göstərməkdədirlər. Ağzımıza bir barmaq bal sürtürlər, biz də sevinirik. Etdiklərinin hamısını səsverməylə həyata keçirirlər, artıq bizi xaricdən asılı istehlakçı bir topluma çevirməyi də bacarıblar". Digər bir respondentin reaksiyası daha sərtdir: "Türklüyü təhqiri demokratiya sayırsınızsa, bu qədər demokratiya tərəfdarısınızsa, nədən Fransada tətbiq olunan, qondarma erməni soyqırımını inkar edənə həbs cəzasının verilməsiylə bağlı qanunu qınamırsınız? Bu, sizin maraqlarınıza uyğun sayılmır, elə deyilmi?". www.xalq cəbhəsi qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar