SON XƏBƏRLƏR

Türkiyə AB-yə daxil olmaq üçün Belçika hökuməti ilə danışıqları davam etdirir

2021.10.20, 07:36
Türkiyə AB-yə daxil olmaq üçün Belçika hökuməti ilə danışıqları davam etdirir

Gunaz.tv
Türkiyə AB-yə daxil olmaq üçün Belçika hökuməti ilə danışıqları davam etdirir Türkiyə Avropa Birliyinə daxil olmaq üçün Belçika hökuməti ilə danışıqları davam etdirir. Rəsmi Ankara ilə Brüssel arasında müzakirələrdə tərəflər 35 maddədən 2-si üzrə razılıq əldə edib. Söhbət birliyə üzv olan hər bir dövlətin riayət etməli olduğu «Kopenhagen meyarları»ndan gedir. Lüksemburqda keçirilən danışıqlarda Türkiyəni ölkə tarixinin ən gənc xarici işlər naziri Əli Babacan təmsil edib. Əli Babacanının sözlərinə görə, danışıqların çox ləng getməsi təəssüf doğurur, qarşıya çıxan maneələrin çoxu isə siyasidir: «Ümid edirik ki, Fransa ədalətli mövqe tutacaq və Avropa Birliyinə qərəzsiz, vicdanlı rəhbərlik edəcək. Biz artıq bunu bir mənalı qaydada müxtəlif dərəcələrdə bəyan etmişik. İnanırıq ki, Fransanın sədrliyi dövründə Türkiyənin Avropa Birliyinə qoşulması prosesi davam edəcək». Qeyd edək ki, Rəsmi Paris Türkiyənin Avropa Birliyinə daxil olmasına lap əvvəldən etiraz edir və danışıqların 5 bəndinə veto qoyub. Türkiyə və Avropa Birliyi arasında danışıqlar 2005-ci ilin oyktaybrından başlayıb. Lakin bu günədək yalnız 8 maddə üzərində razılaşma əldə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar