SON XƏBƏRLƏR

Türkiyə Amerikadan səsdən sürətli raket sistemi alır

2021.10.20, 07:36
Türkiyə Amerikadan səsdən sürətli raket sistemi alır

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Raytheon” silah ixracatçı şirkəti Türkiyə də daxil olmaqla 10 ölkəyə AMRAAM "Hava-hava” tipli raket sisteminin satılması ilə bağlı müqavilə imzalayıb.

 

"Report" xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

 

İnformasiyaya əsasən, həmin raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa (Ləhistan), İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.

 

AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar