SON XƏBƏRLƏR

Türkiyə apellyasiya instansiyasının baş prokuroru: “AKP Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istəyir”

2021.10.20, 07:36
Türkiyə apellyasiya instansiyasının baş prokuroru: “AKP Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istəyir”

Gunaz.tv
Türkiyə apellyasiya instansiyasının baş prokuroru: “AKP Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istəyir” Ankara – APA. “Hüquqi dövlətdə qanunverici və icra hakimiyyəti istədiyini edə bilmək haqqına sahib deyil. Bunu etmək polis dövləti qurmaq deməkdir”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ankarada keçirilən hüquq simpoziumundakı çıxışında Danıştay adlanan və əsasən apellyasiya məhkəməsi funksiyalarını yerinə yetirən hüquq instansiyasının baş prokuroru Tansel Çölaşan deyib. O, Türkiyədə seçki ilə hakimiyyətə gələnlərin seçki yolu ilə seçilməyən qurumların səlahiyyətlərini qəbul etmək istəmədiyini bildirib: “Xüsusən də icra və qanunverici hakimiyyətlər eyni partiyanın əlində olduğu vaxt onlar qarşılarında müstəqil məhkəmə hakimiyyəti görmək istəmirlər”. T. Çölaşan bu gün Türkiyə məhkəmə-hüquq sisteminin özünü müdafiə etməyə məcbur olduğunu söyləyib: “Öz təşkilatımızı, məhkəmələrin müstəqilliyini müdafiə etməyə məcbur qalmışıq. Məhkəmə niyə bu vəziyyətdə olmalıdır? Heç bir dövrdə vəziyyət bu qədər pis olmamışdı”. T. Çölaşan Türkiyənin mövcud hökumətinin Avropaya demokratik üzünü göstərdiyini, daxildə isə Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istədiyini vurğulayıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar