SON XƏBƏRLƏR

Türkiyə Avropa Birliyinin üzvü olmalıdır. Corc Buş: "Bu üzvlüyün vacibliyinə çox inanırıq"

2021.10.20, 07:36
Türkiyə Avropa Birliyinin üzvü olmalıdır. Corc Buş: "Bu üzvlüyün vacibliyinə çox inanırıq"

Gunaz.tv
"Türkiyə Avropa Birliyinin üzvü olmalıdır" bush1.jpg Corc Buş: "Bu üzvlüyün vacibliyinə çox inanırıq" Beynəlxalq Strateji Araşdırmalar Qurumunun başqanı Sedat Laçiner ABŞ-da prezident seçkilərinin nəticələrilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, Demokratlar Partiyasının namizədi Barak Obama prezident seçildiyi təqdirdə 1915-ci il olaylarını "erməni soyqırımı" kimi qiymətləndirən ilk ABŞ prezidenti olacaq. Birləşmiş Ştatlardakı prezident seçkilərinin Türkiyə-ABŞ münasibətlərinə təsirini şərh edən Sedat Laçinerin sözlərinə görə, bu ölkədə erməniləri dəstəkləyənlərin, erməni diasporu nümayəndələrinin əksəriyyətinin Demokrat Partiyasında olduğunu deyib: "Türkiyə-Amerika əlaqələri yolunda gedərsə, "erməni məsələsi" bir köpükdür, rahatca dayandırıla bilər. Göytürk Amma münasibətlərdə kiçik bir problem ortaya çıxarsa, "erməni problemi" ocağın üstünə tökülən bir benzin təsiri yarada bilər, birdən-birə alovları yüksəldə bilər". Sedat Laçinerin fikrincə, Türkiyə Orta Şərqdəki prosesləri ABŞ-ın "insafına buraxmamalıdır". Barak Obama və Con Makkeyni "problem həll edə bilən insanlar" kimi görünmürlər: "Amma hər iki namizəd Orta Şərqdə bütün tərəflərin etibar etdiyi Türkiyə əvəzinə "başqa ölkə ilə işləmək" rahatlığına sahib deyillər. Hansı prezident olursa olsun, Türkiyəni önəmi artaraq davam edəcək, gələcəkdə Orta Şərqdə daha aktiv Türkiyə görəcəklər". Amma Beynəlxalq Strateji Araşdırmalar Qurumunun başqanı yeni bir ABŞ siyasətinin ortaya çıxağacını vurğulayır: "Bu risqləri çox artıracaq. Belə bir dəyişiklik ABŞ-ın Orta Şərq siyasətində qeyri-müəyyənliklri artra bilər, amma yerli qüvvələrə daha çox manevr etmə imkanı qazandıra bilər". Avrasiya Strateji Araşdırmalar Mərkəzinin ekspertlərindən biri Şanlı Bahadır Koç isə Respublikaçılar Partiyasının namizədi Con Makkeynin prezident seçiləcəyi halda ilk işinin İrana müdaxilə ola biləcəyini açıqlayıb. Koç Demokratlar Partiyasından olan namizədin seçilmək şansının Respublikaçılar Partiyası namizədinə nisbətən daha çox olduğunu bildirib. Onun fikrincə, 8 ildir hakimiyyətdə olan respublikaçılara, Buş idarəçiliyinə qarşı cəmiyyətdə ciddi etiraz var: "Respublikaçılar son 10 seçkinin yeddisini qazanaraq 40 il ABŞ siyasətinin lokomotivi olmuşdur. Bu hakimiyyət indi sona çatır, bəlkə də demokratların 2006-cı ildə Konqresə seçkilərdə önəmli uğurlar əldə etməsiylə başa çatıb. Bu prezident seçkiləri də demokratların qalibiyyətinin tacı olacaq". Prezidentliyə namizədlərin fəaliyyətini təhlil edən Koç "Makkeyn prezident seçilərsə, hakimiyyətinin ilk ilində İranı vursa mənim üçün sürpriz olmaz. Bu Makkeyn üçün namus məsələsidir"-söyləyib: "Barak Obama da İranı vura bilər. Amma ilk mərhələdə dialoqa meyl edəcək. Obamanın dövründə ABŞ və İran arasında "böyük anlaşma" və ya müharibəni əngəlləyə bilən "soyuq sülh" mümkündür". İraq müharibəsini ilk günlərdən dəstəkləyən Con Makkeynin vəziyyət pisləşsə belə bu ölkədən qoşunların çıxarılmasının əlehinə olacağını deyən ekspert Respublikaçılar Partiyası üçün İraq məsələsinin də "namus məsələsi" olduğunu söyləyib: "Onların İraqdan asan çəkilməyə özlərini inandırmaları çox çətindir. Cümhuriyyətçilərin namizədi Con Makkeyn "İraq məsələsində hamı "bu iş bitti, çəkilək" deyirdi, mən isə daha çox əsgər göndərilməsini dəstəkləyirdim" söyləyəcək. O vurğulayacaq ki, "İraqa daha çox əsgər göndərilərək mənim dediyimə yaxın bir iş görüldü və artıq biz İraqda uğur əldə etməyə başlamışıq". Şanlı Bahadır Koçun sözlərinə görə, Barak Obama prezident seçilsə, "sonradan yanlış çıxan çox şeyi öncədən gördüm" tezisilə siyasətini quracaq. Təcrübəsiz olduğu barədə ittihamlara "önəmli təcrübə deyil" mühakimədir" cavabını verəcək". Qeyd edək ki, bir müddət əvvəl Birləşmiş Ştatlarda səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacan ABŞ prezidentliyinə namizədlərin müşavirlərilə görüşüb. Obamanın müşavirlərilə görüşdə İran, Suriya, Türkiyə-ABŞ münasibətlərində irəliləyişlər, xüsusi olaraq isə İraq məsələsi müzakirə olunub. Məlumatlara görə, Əli Babacan AKP-nin qapadılmasıyla bağlı məhkəmə haqqında sualları cavablandırıb, nazir bildirib ki, hakim partiyanın qapadılması haqqında hökm son olacaq. Əli Babacan "erməni məsələsinin" Türkiyə-Amerika əlaqələrində müzakirə mövzusu olmaqdan çıxarılmasının vacibliyini də bildirib. Srağagün Sloveniyada ABŞ-AB zirvə toplantısına qatılan Birləşmiş Ştatlar prezidenti Corc Buş Türkiyə haqqında xoş sözlər söyləyib: "Türkiyənin Avropa Birliyi üzvü olmasının vacibliyinə çox inanırıq. Türkiyə AB üzvü olmalıdır. Türkiyənin demokratik və bazar iqtisadiyyatı islahatlarını və Avropa Birliyinə üzvlük arzusunu gerçəkləşdirmək üçün çalışmasını təqdir edirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar