SON XƏBƏRLƏR

Türkiyə Baş Qərargahı: 1369 terrorçu məhv edilib

2021.10.20, 07:36
Türkiyə Baş Qərargahı: 1369 terrorçu məhv edilib

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 1369 terrorçu məhv edilib.

 

Bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb.

 

Qeyd olunur ki, hərbi əməliyyatın 23-cü günündə terrorçuların mövqelərinə qurudan və havadan zərbələr endirilməsi davam etdirilib. Nəticədə terrorçuların 15 hədəfi məhv edilib, 103 terrorçu zərərsizləşdirilib.

 

O da vurğulanır ki, Türkiyə Ordusunun Afrinin mərkəzinə doğru mühüm nöqtələrdən biri olan Cinderese çatmasına 3 km məsafə qalıb.

 

Xatırladaq ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Virtualaz.org

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar