SON XƏBƏRLƏR

Türkiyə BMT TŞ-yə üzvlükdə israrlıdır

2021.10.20, 07:36
Türkiyə BMT TŞ-yə üzvlükdə israrlıdır

Gunaz.tv
Türkiyə BMT TŞ-yə üzvlükdə israrlıdır bmt.jpg Rauf Mirqədirov: "Türkiyənin üzvlüyü Azərbaycan üçün müsbət dəyişikliklər vəd edir" Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsinin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə dəstək qazanmaq üçün ABŞ-a yola düşüb. Nazir jurnalistlərə verdiyi açıqlamada BMT baş katibi və digər rəsmi şəxslərlə keçirəcəyi görüşlərdə Türkiyənin yürütdüyü siyasətin regionda sabitliyə və təhlükəsizliyə töhfə olduğunu xatırladacağını bildirib. Mütəxəssislərin fikrincə, Əli Babacanın təcili ABŞ-a getməsi Ankaranın BMT TŞ-yə üzvlükdə israrlı olmasından xəbər verir. Türkiyənin son illər hətta Afrika ölkələrilə də ciddi təmaslar qurması onun Təhlükəsizlik Şurasına üzvlük üçün dəstək qazanmağa xidmət edir. Tural Politoloq Rauf Mirqədirov BMT Təhlükəsizlik Şurasına 2009-2010-cu illər üçün iki yeni müvəqqəti üzv seçiləcəyini xatırladaraq TŞ-nin müvəqqəti üzvlüyünə digər iki namizədin- Avstriya və İslandiya olduğunu bildirdi. Ekspert istənilən halda, Türkiyənin də bu uğuru qazanacağı təqdirdə, Azərbaycan üçün müsbət dəyişikliklərin vəd etdiyini söylədi: "BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var və bu ölkələrin də hüquqları həddindən artıq genişdi. ABŞ, Rusiya, Çin, Fransa və İngiltərədən ibarət olan bu daimi üzvlərin əleyhinə səs verdiyi heç bir qərar qəbul olunmur. Hətta bu ölkələrdən biri qərarın əleyhinə olsa belə təklif keçmir. BMT Təhlükəsizlik Şurasının seçilən üzvləri də var ki, onlar da vaxtaşırı rotasiya olunurlar. Bir çox hallarda isə rotasiya məsələsində həddindən artıq təhlükəli dövlətlərin nümayəndələrinin seçilməsinin qarşısı alınır. Bu problem Venesuela ilə də yaranmışdı". Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilmək üçün öz namizədliyini irəli sürən dövlətlərin müəyyən bir reputasiyası məsələsinin də ortaya çıxdığını deyən Rauf Mirqədirov Türkiyənin namizədliyinin açıq və ciddi müqavimətə rast gəlməyəcəyini vurğuladı. Çünki rəsmi Ankaranın kifayət qədər normal və pozitiv reputasiyası var. Amma bir sıra dövlətlər-İran, Ermənistan Türkiyənin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmasına razı olmayacaqlar: "Hər halda Türkiyənin belə niyyətinin həyata keçməsi real görünür. Yəni hesab etmək olmaz ki, bu məsələ qeyri-mümkün olan şeydi. Amma BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərinin elə bir ciddi təsir imkanları da yoxdur. Əgər beş daimi üzv öz aralarında hər hansı bir məsələni razılaşdıra bilirlərsə, bu halda onların BMT-dəki müvvəqəti və seçkili üzvlərin dəstəyinin qazanması çox asandır. Bu ölkələrə təsir göstərib bu və ya digər qərarın keçməsinə nail ola bilirlər. Yəni düşünmək olmaz ki, Türkiyənin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilməsi böyük ciddi bir dəyişikliyə səbəb olacaq. Amma bunun bir pozitiv tərəfi də var ki, əgər Azərbaycan gələcəkdə Dağlıq Qarabağla bağlı məsələləri bir daha BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmaq istəsə, bu halda Türkiyənin mövqeyi və dəstəyi mühüm rol oynaya bilər". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar