TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ 26 FEVRAL TARİXİNİN XOCALI SOYQIRIMINI ANMA GÜNÜ KİMİ QEYD OLUNMASI TƏKLİF EDİLİB

2008-07-30 19:54

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ 26 FEVRAL TARİXİNİN XOCALI SOYQIRIMINI ANMA GÜNÜ KİMİ QEYD OLUNMASI TƏKLİF EDİLİB Türkiyə Böyük Millət Məclisinin (TBMM) iyulun 29-da keçirilən növbəti iclasında 26 Fevral - Xocalı Soyqırımını Anma Günü kimi tanınması barə

Gunaz.tv Quote | Gunaz article

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ 26 FEVRAL TARİXİNİN XOCALI SOYQIRIMINI ANMA GÜNÜ KİMİ QEYD OLUNMASI TƏKLİF EDİLİB Türkiyə Böyük Millət Məclisinin (TBMM) iyulun 29-da keçirilən növbəti iclasında 26 Fevral - Xocalı Soyqırımını Anma Günü kimi tanınması barədə qanunun qəbul edilməsi barədə təklif irəli sürülüb. Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili olan Rəşad Doğru İstanbulda baş verən sonuncu terror aktına münasibət bildirərkən deyib ki, insanlığa qarşı törədilən cinayətlərdən biri də 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımıdır. Bu soyqırım zamanı uşaq və qadınların işgəncə ilə qətlə yetirildiyini xatırladan millət vəkili ermənilərin Azərbaycanın torpaqlarını işğal etdiyini vurğulayıb: “Bir Türk olaraq o insanlara sahib çıxmalıyıq. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxması şərtdir, əks təqdirdə, Türkiyə ilə Ermənistan arasında münasibətlər inkişaf edə bilməz. Təklif edirəm ki, 26 Fevral - Xocalı Soyqırımını Anma Günü kimi qəbul edilsin”. Ədalət və inkişaf Partiyasından (AKP) millət vəkili Ələddin Böyükqaya həmkarı R. Doğrunun təklifini dəstəkləyib. O, millət vəkillərinə Xocalı soyqırımı barədə ətraflı məlumat verib. versiya
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19