SON XƏBƏRLƏR

Türkiyə hərbçiləri antiterror əməliyyatına başladı - Tel-Rıfatda

2021.10.20, 07:36
Türkiyə hərbçiləri antiterror əməliyyatına başladı - Tel-Rıfatda

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb.

 

Report-un yaydığı məlumata görə, Tel-Rıfat rayonu "Fərat qalxanı" əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Mare və Afrin bölgələri arasında yerləşir.

 

Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir.

 

Yerli əhali martın 23-də keçirdikləri nümayişdə "Türkiyə ordusu bizi də xilas etsin!" şüarını səsləndirib.

 

N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar