SON XƏBƏRLƏR

Türkiyə İranın nüvəsini dəstəklədi_İsraillə ABŞ isə Tehranın üstünə 1000 təyyarə göndərmək istəyir

2021.10.20, 07:36
Türkiyə İranın nüvəsini dəstəklədi_İsraillə ABŞ isə Tehranın üstünə 1000 təyyarə göndərmək istəyir

Gunaz.tv
Türkiyə İranın nüvəsini dəstəklədi İsraillə ABŞ isə Tehranın üstünə 1000 təyyarə göndərmək istəyir Türkiyə İranın dinc atom hüququnu dəstəkləyir. "Assoşieyted Press" agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Sayed Cəlali ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Babacan bəyan edib ki, hər bir dövlətin nüvə eneryisindən dinc məqsədlər üçün istifadə etmək və müvafiq texnologiyaya malik olmaq hüququ var. Cəlali İstanbula Cenevrədən gəlib. O, İsveçrədə beynəlxalq altılıqla danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir. ABŞ dövlət katibi Kondoliza Rays isə bildirib ki, əgər İran özünün nüvə planlarını cilovlamaq barədə verilmiş möhlətə etinasız yanaşarsa, daha çox sanksiyalarla üzləşəcək. Rays vurğulayıb ki, İran bu məsələdə ləngitmə taktikasından istifadə edir. Ona görə də iki həftə ərzində uranın zənginləşdirilməsi planlarını dayandırması barədə ciddi cavab verməlidir. İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan "Debka" saytı isə Cenevrədə keçirilən görüşlərdən sonra İsrail və ABŞ arasında İrana qarşı hərbi əməliyyatlar üçün müzakirələrin intensivləşdiyini qeyd edib. Saytın yazdığına görə, ABŞ prezidenti Corc Buş İsrailə İran məsələsini prezidentlik müddəti bitmədən həll edəcəyinə söz verib. Saytın Pentaqondakı mənbəyə istinadən yaydığı məlumata görə, İranla aprılan müzakirələrdə uğur qazanılmazsa, Buş kürsüsünü yeni ABŞ prezidentinə təhvil verməzdən əvvəl bu ilin noyabr-dekabr aylarında İrana qarşı hərbi əməliyyatların keçirilməsi üçün yaşıl işıq yandıracaq. Məlumata əsasən, Pentaqondaki savaş planlarında İranın 16 nüvə obyektinin vurulması üçün ən azı 1000 təyyarənin eyni anda hücum edəcəyi göstərilir. Lakin İsrail İrandakı nüvə obyektlərinin bombalanması üçün 100 təyyarənin də yetərli olduğu qənaətindədir. Saytın yazdığına görə, İsrailin baş qərargah rəisi Gabi Aşkenazi də dünən Vaşinqtona gedərək bu məsələni müzakirə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar