Türkiyə İŞİD-ə qarşı 8 minlik qüvvə ilə yeni hücuma hazırlaşır

2017-01-05 14:50

GünAz TV: Türkiyə yaxın günlərdə Suriyanın şimalındakı Əl-Bab şəhərini İŞİD terrorçularından təmizləmək üçün 8 minlik qüvvə və çoxsaylı texnika ilə irimiqyaslı hücuma hazırlaşır.


Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Əl-Bab ətrafında cəmləşdirilən Türkiyə ordu birləşmələri üçün silah və sursat təchizatı həyata keçirilir. Bölgədə 8 minə yaxın hərbçi cəmləşdirilib, onlar 3 ayrı düşərgədə mənzillənib.
Hücumdan əvvəl Türkiyə ordusu havadan və qurudan İŞİD-in hədəflərini intensiv atəşə tutmaqdadır. Habelə terrorçuların Rakka şəhəri ilə bağlantılarını kəsmək üçün Əl-Babı bu şəhərlə birləşdirən yol atəş altında saxlanılır.


Kəşfiyyat məlumatlarına görə Əl-Babda 350-500 arasında İŞİD terrorçusu var. Onlar mülki sakinlərdən canlı qalxan kimi istifadə etməyə və Türkiyə ordusunun qəsəbəni ələ keçirməsini əngəlləməyə çalışır. Hazırda bölgədə hava şərtləri pisdir, qar və yağış səbəbindən ərazi palçıqlıdır, Əl-Babı qatı duman bürüyüb. Bu səbəbdən hücum üçün əlverişli deyil.


Bildirilir ki, İŞİD Türkiyə tanklarının qəsəbəyə hücumunu əngəlləmək üçün Fərat çayından Hələb şəhərinə gedən 2 metr diametrli içməli su xəttini partlatmağa hazırlaşdığı haqda məlumatlar var. Hücum planına əsasən Əl-Baba ancaq Türkiyə ordusu girməlidir, Azad Suriya Ordusunda cəmləşən müxaliflər isə ancaq 100 nəfərlik bələdçilərlə türk əsgərlərinə dəstək verəcək.


Əl-Bab uğrunda döyüşlər həftələrdir davam edir. Türkiyə ordusu qəsəbənin ətrafında mövqe tutub, döyüşlərdə indiyədək onlarla türk əsgəri həlak olub.


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21