SON XƏBƏRLƏR

Türkiyə-İsveçrə 2:1

2021.10.20, 07:36
Türkiyə-İsveçrə 2:1

Gunaz.tv
Türkiyə-İsveçrə 2:1 Türkiyə millisi futbol üzrə Avropa Çempionatında ilk 3 xalını qazandı Futbol üzrə Avropa çempionatında günün son qarşılaşması Türkiyə və İsveçrə milliləri arasında keçirilib. İsveçrəlilərin qolla nəticələnən hücumu Filipp Senderosun topu Eren Derdiyoka diaqonal ötürməsi ilə başlayıb. İkinci, Türkiyə millisinin qapıçısı Volkan Dəmirəli aldadaraq, topu Hakan Yakına ötürüb və İsveçrə millisinin Türkiyə əsilli futbolçusu qol vurub. Türkiyə millisi hesabı 57-ci dəqiqədə bərabərləşdirə bilib. Topu qapıya başı ilə Semih Şənturk göndərib. Oyunun sonunadək türkiyəli futbolçular bir neçə dəfə təhlükəli vəziyyət yaratsa da, hesabda irəli çıxmağa nail olmayıb. Əsas vaxta əlavə edilmiş dəqiqələrdə isə Arda Turan komandasının qələbə topunu vurub Beləliklə, Avropa Çempionatındakı ikinci oyununu qələbə ilə başa vuran Türkiyə millisi ilk 3 xalını qazanıb. Qardaş ölkənin yığmasının növbəti mərhələyə çıxmaq şansı var. Bu qrupdan növbəti mərhələyə çıxacaq komandalar növbəti turda müəyyənləşəcək. Qeyd edək ki, A qrupunun lideri Portuqaliya millisidir. Onun 6 xalı var. Çexiya və Türkiyə yığmaları 3, İsveçrə millisi isə 1 xal qazana bilib. Türklər növbəti oyunu Çexiya yığmasına qarşı keçirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar