SON XƏBƏRLƏR

Türkiyə Kərkük karvanının sarvanı rolunda

2021.10.20, 07:36
Türkiyə Kərkük karvanının sarvanı rolunda

Gunaz.tv
Türkiyə Kərkük karvanının sarvanı rolunda İraq Neft Nazirliyi TPAO-ya hasilat-axtarış tenderlərinə qatılmaq icazəsi verib kerkuk.jpg Müqtəda əl Sədr isə Ankaraya aralarında 5 türkmən millət vəkilinin olduğu nümayəndə heyəti göndərib Kərküklə bağlı ziddiyyətlərin qızğın çağında İraqdakı radikal şiə hərəkatının rəhbəri, İranın "adamı" sayılan Müqtəda əl Sədr Ankaraya nümayəndə heyəti göndərib. Sədr Hərəkatının üzvü Nazım əl Həraci bildirib ki, nümayəndə heyətinə partiyanın sözçüsü və Nəcəf vilayətinin başçısı Salih əl Abadi rəhbərlik edir. Onunla birlikdə Ankaraya partiyanın siyasi qanadının üzvləri, İraq parlamentinin 5 türkmən millət vəkili gəlib. Türkməneli Partiyasının sədri Rıyaz Sarıkahya "İhlas" Xəbər agentliyinə bildirib ki, danışıqlar zamanı Kərkük problemi və iki ölkə arasında münasibətlər müzakirə olunacaq. Nümayəndə heyətini prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğanın qəbul edəcəyi gözlənilir. Göytürk Maraqlıdır ki, iki həftə əvvəl Kufə şəhərində verdiyi cümə xütbəsində Müqtəda əl Sədr "qurtuluş və ya ölüm" müqavimətini dayandırmayacaqlarını, bundan sonra müqavimətin Mehdi Ordusunun əvəzində quracağı mədəni bir qrupun davam etdirəcəyini açıqlayıb. Xatırladaq ki, Müqtəda əl Sədr Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında məskunlaşan PKK terrorçularına qarşı əməliyyatlarını İraqın daxili işlərinə müdaxilə kimi qiymətləndirib. ABŞ əleyhdarı kimi tanınan Müqtəda əl Sədrin indi Ankaraya nümayəndə heyəti göndərməsi, İraq Neft Nazirliyinin TPAO-ya lisenziya verməsi maraqla qarşılanır. Bu göstərir ki, İraqın müxtəlif siyasi, hərbi dairələrinin mövqeyində Türkiyənin bölgədəki rolu, Kərkük məsələsilə bağlı müəyyən dəyişiklər var. İranla sıx bağlılığı olan Müqtəda əl Sədrin Ankara ilə münasibətləri normallaşdırmağa çalışmasının mahiyyətində rəsmi Tehranın hansısa niyyətinin də durduğunu söyləmək mümkündür. Fakt isə budur ki, ölkə neftinin 30 faizinə malik Kərkükün taleyi nəinki İraq türkmənlərini, eləcə də İraq ərəblərini, ərəb dünyasını da ciddi şəkildə narahat etməyə başlayıb. Qeyd edək ki, son dövrlər Türkiyə Bağdad və Ankara arasında münasibətlərin inkişafı, Kərkük probleminin həlli üçün səfir Murat Özçeliyi görəvləndirib. Artıq əvvəlki illərlə müqayisədə Türkiyə "Kərkük karvanının sarvanı" rolunu oynamağa başlayıb. Ərəb ölkələri də, ABŞ-da Ankaranın bu roluna daha çox ehtiyac duymağa başlayıb. Təsadüfi deyil ki, İraq parlamentinin kürd deputatları Türkiyənin ölkənin daxili işlərinə müdaxilə etdiyini bəyanlayıb, Murat Özçeliyin Bağdad rəsmilərilə görüşlərindən narahatçılıqlarını açıqlayıblar. İraqda yaşayan kürd dairələrinin Türkiyənin artan rolundan narahatçılıqları, Kərküklə bağlı hay-küyü bununla bitmir. Hay-küydən görünür ki, türkmənləri və ərəbləri deportasiya edən, Kərkükdə zorla yerləşərək sayca üstünlük qazanan kürdlərin referendum keçirmək, bölgənin taleyini kürd muxtariyyatına bağlamaq niyyəti baş tutmayacaq. Yəqin bura görə də İtaliyada səfərdə olan İraqın şimalındakı yerli hakimiyyətin rəhbəri Məsud Bərzani "Kərkük Kürdüstanın bir parçasıdır və PKK terrirçu deyil" deyə sarsaqlayır. İtaliyanın "İl Tempo" qəzetinə müsahibəsində "Kərkükün taleyi orada yaşayan xalqlara hörmət edilərək həll olunmalıdır"deyən Bərzani Kərkükün taleyinin referendumda həllinin vacib olduğunu söyləyib. Amma görünür referendumun üçüncü dəfə təxirə salması daha realdır. Ən vacibi isə odur ki, son iki ildə ABŞ və Türkiyə arasında münasibətlər normallaşmağa doğru gedir və bu Birləşmiş Ştatların İraq siyasətində də özünü göstərir. ABŞ-ın Türkiyə Silahlı Qüvvələrinin terrorçu PKK əleyhinə əməliyyatlarına kəşfiyyat məlumatlarıyla dəstəkləməsi, hətta İraqın şimalında quru əməliyyatlarına haqq qazandırması əvvəlki illərlə müqayisədə Vaşinqtonun Ankara ilə bağlı siyasətinə müsbət mənada yenidən baxmasıyla bağlıdır. Ankaranın vetosuyla "Gaz de Frans"ın "Nabucco" layihəsindən kənarda qaldığına görə, Türkiyənin Avropa Birliyinə üzvlük yolunu kəsmək üçün "Aralıq dənizi Birliyi" ideyasını ortaya atan, Ərbildə konsulluq yaradan Fransanın aktivliyi də ABŞ-ın İraq-Türkiyə münasibətlərinə baxışını yəqin ki, müəyyən qədər dəyişib. Burada bölgədə İranın nüvə proqramından irəli gələn gərginliyin də proseslərə təsirini də nəzərə almaq lazımdır. Artıq Birləşmiş Ştatlar Türkiyənin nəqliyyat və s. kiçik miqyaslı şirkətlərilə yanaşı, nəhəng şirkətlərinin də İraqda fəaliyyətinə normal yanaşır. Xatırladaq ki, bu ilin aprel ayında neft və qaz yataqlarının hasilat-axtarış tenderlərinə qatılmaq üçün 70 şirkət İraqın Neft Nazirliyinə müraciət edib. Amma ABŞ-ın işğalı altında olan ölkədə neft hasilatı və axtarışı tenderlərinə qatılmaq üçün cəmi 35 şirkətə icazə verilib. Həmin vaxt TPAO-nun da müraciəti cavabsız qalıb, şirkətin adı siyahıya düşməyib. Ötən müddət ərzində Türkiyə TPAO-nun İraqda yer ala bilməsi üçün diplomatik addımlar atıb. Bu günlərdə Türkiyənin enerji və təbii qaynaqlar nazir Hilmi Gülər Türkiyə Petrolları Anonim Ortaklığının (TPAO) İraqda neft və təbii qaz arama-hasilat tenderlərinə tək başına və ya konsorsium qurarak qatıla biləcəyini bildirib. Yeri gəlmişkən, İraqın Neft Nazirliyinin təxmini hesablamalarına görə, ölkədə 115 milyard barrel neft və 3,17 trilyon kubmetr təbii qaz yataqları var. Qonşu ölkənin enerji ehtiyatlarının həcmini vurğulayan Hilmi Gülər İraq Neft Nazirliyinin TPAO-ya neft və təbii qaz yataqlarının hasilatı tenderlərinə qatılma haqqı verməsini yüksək qiymətləndirib. Bunun üçün gərgin enerji diplomatiyasına baş vurduqlarını, İraqın neft nazir Hüseyn Şehristani və başqa yüksək vəzifəli şəxslərlə görüşlər keçirdiklərini açıqlayıb: "Nəticədə indi belə bir qərar çıxdı, bunu dəyərləndirəcəyik. TPAO bu bölgənin geoloji durumunu, quruluşu ən yaxşı bilən şirkətlərin birincisidir. İraqın inkişafı, bölgənin sabitliyi, həm də qonşuluq münasibətləri baxımından birgə layihələrin ortaya çıxması baxımından önəmli işdir. Bizim şimal bölgəsində 3 hasilat qülləmiz əvvəldən də vardı, indi İraqın güneyində də eyni işləri görəcəyik". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar