SON XƏBƏRLƏR

Türkiyə: kim haraya, niyə köçüb?

2021.10.20, 07:36
Türkiyə: kim haraya, niyə köçüb?

Gunaz.tv
Türkiyə: kim haraya, niyə köçüb? Türkiyədə 1965-2000-ci illərdə hər biri beş ildən ibarət dönəmlərdə 2,7-4,8 milyon insan doğulduğu kənd və çalışdığı şəhərdən başqa diyarlara getmək üçün bölgələrarası köçə qatılıb. Dövlət Planlama Təşkilatının (DPT) hazırladığı və 1965-2000-ci illərdəki vəziyyətdən bəhs edən hesabatda ölkənin qərbindən şərqinə və şimaldan cənubuna hərəkət edən köçlərin profili cızılıb. "Türkiyənin köç xəritəsi" adlandırıla biləcək bu araşdırmaya görə 1965-1970-ci illərdə 3,2 milyon; 1970-1975-ci illərdə - 3,4 milyon; 1975-1980-ci illərdə 2,7 milyon; 1980-1985-ci sənələrdə - 2,9 milyon; 1985-1990-cı illərdə - 4,1 milyon; 1995-2000-ci illərdə isə 4,8 milyon insan başqa vilayətlərə köçüb. Köçən insanların yönəldiyi məkanlar isə İstanbul, Ankara, İzmir ilə yanaşı Konya, Adana, Bursa, Antalya, Mersin, Şanlıurfa və Diyarbəkir olub. Belə ki, 1995-2000-ci illərdə Antalya, Şanlıurfa və İstanbul sakinlərinin sayı ən böyük sürətlə artan məkanlar olarkən Tunceli və Ərdahan başda olmaqla 15 vilayətin əhalisi azalıb. İstanbul bölgəsi əhalisi ən çox artan, Şimal-Qərbi Anadolu isə sakinləri ən çox azalan regionlardır. Bu illərdə yaşı 5-dən yuxarı olan 6,7 milyon türk ölkə daxilində bir bölgədən başqasına köç edib. Onların 58%-i şəhərdən şəhərə, 20%-i şəhərdən kəndə, 17%-i kənddən şəhərə, 5%-i isə kənddən kəndə köçüblər. Köçənlərin 55%-i kişi, 45%-i qadınlar olub. Qocalar arasında köçənlər çox az, orta yaşlılar arasında isə daha çox olub. Köç edənlərin əksəriyyəti subaylar və ya boşananlardır ki, kişilər arasında subaylar, qadınlar arasında isə evli olanlar əksəriyyət təşkil edib. İbtidai və orta təhsil alanlar köçə daha çox meylli olarkən onların əksəriyytəi iş üçün çıxdıqları köç nəticəsində məqsədlərinə çatmayıblar. Köçən kişilərin 89%-i xidmət sektoru və istehsalatda çalışır. Onların 1/3 hisəsi kənd təsərrüfatı və nəqliyyatda fəaliyyət göstərənlərdir. H.Bakuvi express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar