SON XƏBƏRLƏR

Türkiyə məhkəməsi amerikalı keşişi azadlığa buraxdı, o vətəninə yola düşüb

2021.10.20, 07:36
Türkiyə məhkəməsi amerikalı keşişi azadlığa buraxdı, o vətəninə yola düşüb

Gunaz.tv

GünAz TV: Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum edilən Amerika Birləşmiş Ştatlarının vətəndaşı keşiş Endryu Branson oktyabrın 22-də azadlığa buraxılıb, o artıq vətəninə yola düşüb.

 

"Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

 

Bildirilir ki, o, İzmir hava limanından təyyarə ilə vətəninə uçub. Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında şərti qərar çıxarıb. Eləcə də, məhkəmənin qərarı ilə onun üzərindən ev dustaqlığı və ölkəni tərk etmə qadağası götürülüb.

 

Bu qərar iki NATO müttəfiqi arasında münasibətlərin yaxşılaşdırılması yolunda atılan ilk addım kimi yozulur.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar