SON XƏBƏRLƏR

Türkiyə ordusu Suriyada yaşayış məntəqələrini terrorçulardan azad edib

2021.10.20, 07:36
Türkiyə ordusu Suriyada yaşayış məntəqələrini terrorçulardan azad edib

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Təl-Əbyad və Ras-əl-Ayn şəhərləri ətrafında bir neçə yaşayış məntəqəsini terrorçulardan azad edib.

 

Trend-in məlumatına görə, hazırda Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə Suriyanın şimalında quru əməliyyatlarını davam etdirir.

 

Bu arada Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb.

 

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar