SON XƏBƏRLƏR

Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

2021.10.20, 07:36
Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin və kəşfiyyat təşkilatının İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının “səhra komandiri” Müslih İke zərərsizləşdirilib.

 

Əməliyyat İraqın şimalındakı Metina bölgəsində keçirilib.

 

Qeyd olunur ki, M.İke Türkiyənin hərbi hissələrinə hücumların təşkilatçısı olub, eləcə də ölkə ərazisində terror aktları planlaşdırırmış.

 

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə” antiterror əməliyyatının davam etdiyini bildirib. Trend

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar