SON XƏBƏRLƏR

Türkiyə Ordusunun əsgərləri beş PKK terrorçusunu ələ keçirib

2021.10.20, 07:36
Türkiyə Ordusunun əsgərləri beş PKK terrorçusunu ələ keçirib

Gunaz.tv
Türkiyə Ordusunun əsgərləri beş PKK terrorçusunu ələ keçirib 20080731134706_1.jpg Türkiyə silahlı qüvvələri gecə Şırnak vilayətində apardıqları hərbi əməliyyatlar nəticəsində 5 PKK terrorçusunu silahları ilə birlikdə ələ keçirib. Bu barədə Baş Hərbi Qərargahın rəsmi internet səhifəsində məlumat yayılıb. Verilən xəbərə görə, terrorçulardan 3 Kalaşnikov avtomatı, 1 pulemyot, 1 snayper tüfəngi, 240 fişəng, 18 əl qumbarası, 1 tapança, 20 kq partlayıcı maddə, 2 radio qəbuledici ələ keçirilib. Ərazidə əməliyyatlar davam etdirilir. Osmaniyyə məntəqəsində isə PKK terrorçularının minaladığı ərazidə partlayış baş verib. İlkin məlumatlara əsasən, hadisə türk əsgərləri ərazidən keçərkən qeydə alınıb. İnsident nəticəsində ən azı 3 nəfər yaralanıb. Partlayışdan dərhal sonra ərazidə genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar