SON XƏBƏRLƏR

Türkiyə özünün raket əleyhinə müdafiə sistemlərini qurur

2021.10.20, 07:36
Türkiyə özünün raket əleyhinə müdafiə sistemlərini qurur

Gunaz.tv
Uzun müddət davam edən müzakirə və mübahisələrdən sonra Türkiyənin öz roket əleyhinə müdafiə sistemlərini quracağı açıqlandı. Əslində xüsusilə Rusiya Federasiyasına və İrana yaxın Avropa ölkələrində raket əleyhinə müdafiə sistemlərinin ABŞ tərəfindən qurulması cəhdləri son illərdə yüksək səviyyədə dava edir. Bir yandan ABŞ-ın nu sahədəki israrları, bir yandan Rusiyanın sərt etirazları, bir yandan da sistemlərin qurulacağı ölkələrin özlərinin belə bəzən qeyri-müəyyənlik içində qalmaları prosesin uzanmasına səbəb olur. Türkiyənin də bu prosesdə yer alıb almayacağına dair mübahisələrə ilk açıqlıq Müdafiə Naziri Vecdi Gönül tərəfindən gətirildi. Vecdi Gönül NATO-nun Buxarest Sammitindən sonra aprelin 16-da "Sabah" qəzetinə verdiyi müsahibəsində ABŞ tərəfindən gündəmə gətirilən raket əleyhinə müdafiə sisteminin NATO-nun yox, birbaşa ABŞ-ın planı olduğunu və Türkiyənin bu planda yer almayacağını elan etdi. Halbuki, bu aşıqlamaya qədərki məlumatlarda Türkiyənin də sistemə daxil olacağı qeyd olunurdu. Hətta belə bir iddia ortaya atılmışdı ki, güya Rusiya sistemin Türkiyədə qurulmasına razı ola biləcəyini açıqlayıb. Ancaq Vecdi Gönül "Sabah" qəzetindəki üsahibəsində bu məsələyə də açıqlıq gətirmiş və iddiaların Rusiyanın NATO-dakı nümayəndələrindən birinin "əgər bu sistem doğurdan da İrana qarşıdırsa nəyə görə Türkiyədə və ya Azərbaycanda yox Şərqi Avropada qurulur" şəklindəki çıxışından qaynaqlandığını bildirmişdi. 2008-ci il fevralın 13-də "Aviation Week" jurnalı tərəfindən təşkil olunan müdafiə texnologiyalarına dair konfransda çıxış edən Pentaqonun raket əleyhinə müdafiə sisteminin rəhbəri General Henri Oberinq sistemə Türkiyəni də daxil etmək istədiklərini açıqlamışdı. Daha sonra ABŞ müdafiə naziri Robert Qeytsin Türkiyə səfərində də bu məsələ üzakirə edilmişdi. Hətta bəzi analitiklər Türkiyənin İraqın şimalına müdaxiləsinə köməkliyin əvəzi kimi ABŞ-a digər bəzi mövzularla yanaşı bu mövzuda da güzəştə gedəciyini iddia etmişdilər. Amma, Vecdi Gönülün açıqlaması ilə bu iddia təkzib edilmiş oldu. Aprelin 30-da isə Türk mətbuatı Türkiyənin özünün roket əleyhinə müdafiə sistemlərini quracağını yazdı. Əksər qəzetlər planın müəyyən nüaslarını da açıqladılar. Buna görə, Türkiyə ən gec 2010-cu ildə tam hazır olacaq şəkildə cəmi səkkiz hava müdafiə sistemini qurur. İlk öncə dörd sistem hazırlanacaq ki, bunlardan biri Ankarada, digəri İstanbulda yerləşdiriləcək. Digər ikisi isə ölkənin potensial təhlükənin mənbəyinə yaxın hissələrində yerləşdiriləcək. Yeni hava müdafiə sistemi yaxın, orta və uzun mənzilli silahlara sahib olacaq. Hal-hazırda Türkiyə hava müdafiə tələbatını yaxın (Rapier, Stinger) və orta (I-Hawk) mənzilli sistemlərlə qarşılayır. Yeni raket əleyhinə müdafiə sistemində yaxın və orta mənzilli raketlərdən daha çox, uzun mənzilli raketlerinin hansı ölkədən alınacağı maraqlı məqam olacaq. Gözlənildiyinə görə bu sahədəki tenderdə ABŞ-ın "Patriot"unun əsas rəqibləri Rus "S-300"-lər və İsrail-in "Arrow-2"-ləri olacaq. Kifayət qədər yüksək göstəricilərə sahib "S-400"-ü təklif etdiyi təqdirdə Rusiyanın tenderi udmaq şansının daha yüksək olacağı qeyd olunur. Ümumilikdə isə Türkiyənin Hərbi Sənaye Kompleksinin yaxın, orta və uzun mənzilli sistemlərlə əlaqədar tenderində aşağıdakıların iştirakı gözlənilir: Yaxın mənzilli - Roketsan, Aselsan, MilSoft, Meteksan (Türk şirkətləri), Raytheon (ABŞ), Cpmiec (Çin), Rafael (İsrail) və Thales (Fransa) Orta mənzilli - Roketsan, Aselsan, Ayesas, MilSoft, Meteksan (Türk şirkətləri), Cpmiec(Çin), Denel (Cənubi Afrika Respublikası), IAI və Rafael (İsrail) Roketsan, Aselsan, Havelsan, Ayesas, FNSS, Gate, MilSoft (Türk şirkətləri), Raytheon (ABŞ), Cpmiec (Çin), IAI (İsrail), Rosoboroneksport (Rusiya Federasiyası) Türkiyənin NATO üvzü və ümumulikdə hərbi texnologiya alımında ABŞ və İsrailə böyük üstünlük verən ölkə olmasına baxayaraq yuxarıda da qeyd olunduğu kimi son tenderlərdə RF-nin ciddi pay alacağı təxmin edilir. Bu bir tərəfdən Türkiyənin son illərdə müdafiə sahəsində bir qədər fərqli sistem qurmağa çalışması, hərbi sistemindəki NATO-ya mütləq bağlılıqdakı dəyişikliklər və ümumiyyətlə "strateji ortaqlıq sistemi"ndəki dəyişiklik təşəbbüsləri ilə əlaqədardır. Digər tərəfdən isə, çox güman ki, Türkiyə yeni sisteminin "ABŞ-ın arzusu və işi" olmadığını da əyani şəkildə sübut etmək istəyir. Elə sonuncu 80 ədəd tank əleyhinə sistem və 800 ədəd raket satılması ilə bağlı tenderin qalibinin Rusiyanın "Rosoboroneksport" şirkətinin olması da Rusların növbəti tenderə bir addım geridə yox, bəlkə də bir addı irəlidə başlayacaqlarını göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar