SON XƏBƏRLƏR

Türkiyə Sahil Mühafizəsi 130 qaçqını ölümdən xilas etdi

2021.10.20, 07:36
Türkiyə Sahil Mühafizəsi 130 qaçqını ölümdən xilas etdi

Gunaz.tv

GünAz TV: Türkiyənin Aydın şəhərinin Quşadası rayonu sahillərinə yaxın bölgədəki qayıqlarda boğulma təhlükəsi altında olan miqrantlar xilas edilib.

 

"Report" “Anadolu”ya istinadən xəbər verir ki, Yunanıstan sərhədindən qovulan ümumilikdə 130 qaçqın 3 rezin qayıqda olub. Qayıqları batma təhlükəsindən Türkiyə Sahil Mühafizəsi əməkdaşları qurtarıb.

 

Məlumata görə, uşaq və qadınların da olduğu qayıqlarda Suriyanın 89, Əfqanıstanın 41 vətəndaşı olub. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar